Tesla yeni modelini nümayiş etdirib: avtomobil havada manevrlər edir
Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Amerikanın Tesla şirkəti yeni nəsil Roadster elektrikli idman avtomobilini nümayiş etdirib.
Lent.az xəbər verir ki, oktyabrın 15-də Texas ştatındakı təqdimat zamanı avtomobilin havada manevrlər edə bilən prototipi diqqət çəkib.
Layihə “SpaceX” şirkəti ilə əməkdaşlıq çərçivəsində hazırlanmış sıxılmış qazla işləyən itələyici qurğularla əlaqələndirilir.
Təqdimat zamanı avtomobil havada dönmə hərəkəti edib, xüsusi sorucu sistemin köməyi ilə tərsinə çevrilmiş vəziyyətdə hərəkət edib və digər avtomobillərin üzərindən tullanıb. Şirkət nümayəndələrinin bildirdiyinə görə, avtomobil saatda təxminən 370 kilometrdən çox maksimal sürətə çata və 0-dan 97 km/saata bir saniyədən az müddətdə sürətlənə bilər.
Bununla belə, nümayiş olunan imkanların hamısının adi yol şəraitində istifadə edilə biləcəyi təsdiqlənməyib. Tesla yeni modelin istehsalına 2028-ci ildə başlamağı planlaşdırır. Avtomobilin qiyməti və satışa çıxarılma vaxtı ilə bağlı əvvəlki vədlərin bir neçə dəfə dəyişməsi də layihəyə marağı artırır.
Şirkətin rəhbəri İlon Mask avtomobilin maliyyə baxımından əsas məhsul olmadığını, lakin mühəndislik imkanlarını nümayiş etdirmək baxımından əhəmiyyət daşıdığını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 19 Oktyabr 2026 05:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















