Icma.az
close
up
RU
“Tesla”da işləyən LƏNKƏRANLI GƏNC: “Cybertruck” və “Robotaxi” kimi ... FOTO

“Tesla”da işləyən LƏNKƏRANLI GƏNC: “Cybertruck” və “Robotaxi” kimi ... FOTO

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Texnologiya əsri sayılan XXI əsrdə ölkəmizi bu sahədə tanıdan neçə-neçə gəncimiz var. Onlardan biri də hazırda məşhur “Tesla” şirkətində çalışan Sənan Axundzadədir.

Avtosferaz "Azərtac"a istinadən xəbər verir ki, Sənan Axundzadə Bakıda dünyaya gəlsə də, əslən Lənkəranın Boladı kəndindəndir. Atasının işi ilə əlaqədar 3 yaşında ikən ailəlikcə ABŞ-a, sonra Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinə köçməli olublar. Daha sonra isə Kanadaya köçüblər. Orta məktəbi yüksək nəticələrlə bitirdikdən sonra, 2014-cü ildə dünya şöhrətli Vaterloo Universitetinin Mexanika mühəndisliyi fakültəsinə qəbul edilib. Hələ tələbə ikən müxtəlif yüksək reytinqli Kanada şirkətlərində təcrübə keçməyə nail olub.

“Uşaqlığımın ilk illərini çox xatırlamasam da, şəkil və videolardan gördüyümə görə ailəmiz tez-tez ata-baba yurdumuz olan Lənkərana səfər edirdi. Ailəmizin dəyərləri, həmçinin geniş ailə bağlarımız mənə Vətənə bağlılıq və sevgini kiçik yaşlardan aşılayıb. 1998-ci ildə atamın qalib gəldiyi məşhur “Fulbright” proqramı çərçivəsində ailəmiz ABŞ-ın Texas ştatına köçdü. 2001-ci ildə isə atamın yeni işi ilə əlaqədar Kanadaya köçdük. İbtidai təhsilimi Kanadanın Hamilton şəhərində, orta məktəbin yuxarı siniflərini isə Vaterlo şəhərində bitirmişəm. Daha sonra təhsilimi Kanadanın nüfuzlu Vaterlo Universitetində mexaniki mühəndislik ixtisası üzrə davam etdirdim. Uşaqlıqdan texnologiyaya olan marağım məni bu sahəyə yönəltdi. Hazırda Kaliforniyada yaşayıram, "Tesla" şirkətində mühəndis olaraq çalışıram və texnologiya sahəsində yeniliklər üzərində işləyərək öz maraqlarımı reallaşdırıram” , - deyə Sənan Axundzadə bildirir.

Gənc mühəndis qeyd edir ki, “Tesla”da işləmək arzusu tələbəlik illərindən formalaşıb və onun üçün xüsusi bir hədəf olub. O, bu məqsədə çatmaq üçün təhsil aldığı Vaterlo Universitetinin məşhur “Co-op” proqramından faydalanıb. Proqram tələbələrə altı semestr, yəni iki il ərzində müxtəlif şirkətlərdə iş təcrübəsi qazanmaq imkanı təqdim edir. Sənan da bu fürsətdən maksimum yararlanaraq müxtəlif şirkətlərdə praktiki təcrübələr əldə edib və bacarıqlarını artırıb. Bu təcrübələr onun “Tesla” kimi qabaqcıl bir şirkətdə çalışmaq üçün tələb olunan bilik və təcrübəni qazanmasına kömək edib: “2018-ci ildə, universitetin 3-cü kursunda oxuyarkən, "Tesla"ya müraciət etdim. Ərizə prosesində universitetdə aldığım biliklər və “Co-op” zamanı topladığım təcrübələr mənim üçün böyük üstünlük oldu. Müraciət prosesi bir neçə mərhələdən ibarət idi. İlk olaraq, CV və digər sənədlərimi göndərdim. Daha sonra texniki və ümumi müsahibələr oldu, burada həm nəzəri biliklərimi, həm də problemləri həll etmə qabiliyyətimi sınadılar. Müsahibələrdə həm akademik biliklərimi, həm də real iş təcrübələrimi vurğuladım. Müsahibə mərhələlərini uğurla keçdikdən sonra "Tesla"da “Co-op” təcrübəsinə başladım. Bu müddət ərzində göstərdiyim iş keyfiyyəti və əldə etdiyim nəticələr mənim daimi işə qəbul olunmağıma gətirib çıxardı. Beləliklə, həm tələbə ikən, həm də məzun olduqdan sonra arzuladığım yerdə çalışmağa nail oldum”.

Sənan Axundzadə hazırda “Tesla” şirkətində baş (senior) mühəndis vəzifəsində çalışır və diqqətini avtomobil istehsalında ən müasir texnologiyaların tətbiqinə yönəldir. O, avtomobillərin texniki dizaynı üzərində çalışmaqla yanaşı, istehsal proseslərinin optimallaşdırılması və innovativ həllərin tətbiqi ilə məşğuldur. Onun işi, təkcə avtomobillərin keyfiyyətini və funksionallığını artırmaq deyil, həm də istehsalın səmərəliliyini artırmaq və daha ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqinə töhfə verməkdir. Sənanın bu sahədəki fəaliyyəti “Tesla”nın dünyada texnologiya lideri olaraq mövqeyini gücləndirməsinə xidmət edir.

“Üzərində çalışdığım layihələr arasında “Model-3” , “Model-Y”, “Cybertruck” və “Robotaxi” kimi inqilabi avtomobillər yer alır. Bu layihələrdə bizim komandanın əsas məqsədi enerji səmərəliliyini, avtomobilin aerodinamik effektivliyini artırmaq, qəzalar zamanı təsirlərə dözmək üçün optimallaşdırılmış struktur plastiklərin dizaynı, hazırlanması, real mühitdə sınanması və istehsalına nəzarəti həyata keçirtməkdir. Eyni zamanda, "Tesla"nın eksteryer mühəndisliyi komandasında çalışaraq avtomobillərin xarici (eksteryer) komponentlərinin dizaynını, prototiplerin hazırlanmasını, test edilməsini və istehsalını həyata keçiririk. Dizayn etdiyimiz bir çox hissə son istifadəçi tərəfindən görünür və bu, avtomobilin görünüşünü və qəbulunu müəyyən etdiyi üçün “Tesla Dizayn Studiyası” ilə sıx əməkdaşlıq edərək gözəllik, funksiya və xərc arasında tarazlığı təmin edirik. Həmçinin konsept fazasından istehsal mərhələsinə qədər müxtəlif funksional komandalarla işləyirik ki, son məhsul hər bir sistemin tələblərinə uyğun optimallaşdırılsın. Biz daim yeniliklərə fokuslanmışıq və hər zaman məhsulları daha mükəmməl etmək üçün çalışırıq. "Tesla"da işləmək texniki bacarıqlarımı inkişaf etdirməklə yanaşı, həm də problemləri daha geniş perspektivdən həll etməyi öyrətdi. Bu, mənim üçün həm çağırışlarla dolu, həm də böyük məmnunluq yaradan bir təcrübədir”, - o əlavə edir.

Sənan Axundzadə gələcək planlarında karyerasını daha mürəkkəb və genişmiqyaslı mühəndislik layihələrinə yönəltməyi hədəfləyir. Xüsusilə süni intellekt, robototexnika və elektrik nəqliyyatı kimi sahələrdə dərin bilik və təcrübə qazanmaq onun əsas məqsədlərindən biridir. O, bu sahələrin gələcəyin texnologiyasında oynadığı mühüm rolu anlayaraq, yeni və innovativ həllərin yaradılmasında iştirak etməyi arzulayır. Sənanın bu istiqamətdəki planları, yalnız şəxsi inkişafına deyil, həm də texnologiyanın daha da irəliləməsinə əhəmiyyətli töhfələr verəcəyinə inanır.

“Bu sahələrin sürətlə inkişaf etdiyi, gələcəkdə dünya iqtisadiyyatı və cəmiyyət üzərində böyük təsir göstərəcəyi aydındır. Mən də bu inkişafın bir hissəsi olmaq və həm yeni texnologiyalar üzərində işləmək, həm də reallıqda faydalı nəticələr əldə etmək istəyirəm. Eyni zamanda, peşəkar təcrübəmi tələbələrlə bölüşmək və onlara rəhbərlik edərək öz sahəmi daha da zənginləşdirmək məqsədim var. Mənim üçün mühəndislik sahəsinin inkişafı yalnız texnoloji yeniliklərlə deyil, həm də yeni nəslin yetişdirilməsi və onlara doğru istiqamət verməkdədir”, - deyə əlavə edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 09 Dekabr 2024 23:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan məhkəməsi Paşinyana alma atan təqaüdçüyə bəraət verib

12 Aprel 2025 05:06see189

Bağırsaq sağlamlığı niyə vacibdir

12 Aprel 2025 04:39see178

Süni intellekt qadınlar arasında işsizliyi artıracaq

12 Aprel 2025 13:12see135

AMEA da “Elmlə ədəbiyyatın dialoqu”

12 Aprel 2025 13:03see134

Ən sadiq kişilər bu bürclərdəndir

12 Aprel 2025 13:05see131

ABŞ da Trampı öldürməklə hədələyən şəxs həbs edilib

12 Aprel 2025 04:09see130

İran ABŞ danışıqlarının mövzusu

12 Aprel 2025 13:02see124

Uşaqlar arasında kütləvi virus yayılıb?

12 Aprel 2025 12:29see124

ABŞ də təyyarə yola çırpıldı

12 Aprel 2025 05:29see122

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see121

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see115

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see114

Futbol məşqi zamanı məktəbliləri ildırım vurdu

12 Aprel 2025 10:57see114

Vətəndaş həkimə, yoxsa bahalı xidmətə gedir? Özəl klinikalarda qəbul qiymətləri

12 Aprel 2025 22:23see114

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see113

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see113

Amerika Kino Akademiyası tryukların dizaynında nailiyyətlərə görə yeni mükafat təsis edib

12 Aprel 2025 05:30see112

Şerman: “Əraqçi çox sərt və ağıllı bir şəxsdir” KONKRET

12 Aprel 2025 10:31see111

“Yeganə məxluqam ki, özümdən başqa heç kimə...”

13 Aprel 2025 00:29see111

Bu il əhali geyimə 2,2 milyard manat xərcləyib

12 Aprel 2025 20:46see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri