“Tesla”nı n tənəzzülü kimə sərf edir?
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Tesla” şirkətinin direktoru İlon Maskın başqa ölkələrin daxili işlərinıə müdaxiləsi markanın ziyanına işləyir.
Avtosfer.az xəbər verir ki, şirkətin elektromobil satışları Avropada ciddi şəkildə geriləyib. Təbii ki, Maskın davranışı geriləıməyə yeganə səbəb deyil.
Avropalı ekspertlər ikinci vacib səbəb kimi şirkətin model cərgəsini yeniləməməsini əsas gətirirlər.
Lakin “Tesla”nın satışlarının geriləməsi heç də avropalıların elektromobildən və ya avtomobildən imtinası anlamına gəlmir.
Müqəddəs yerlər boş qalmadığı üçün boşalan yeri kimsə doldurmalıdır. “Tesla”nın boş qalan yerinə “Volkswagen” yiyələnib. Cari ilin ilk rübündə konsernin avropada satışları 3 faiz artıb. Konsern ilk üç ayda qlobal miqyasda 2,1 milyon ədəd avtomobil satıb.
Maraqlıdır ki, ABŞ-da satışlar daha çox - 4 faiz artıb. Səbəb prezident Donald Trampın sanksiyalarından narahat olan insanların avtomobil alışını tezləşdirməsidir.
Məşhur alman iqtisadçı Karl Marks deyirdi: “kapitalizmdə birinin qazancı digərinin itkisi hesabına baş verir”.
Vüqar
Baxış sayı:112
Bu xəbər 15 Aprel 2025 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















