Təxirə salmaq vərdişindən necə qurtulmaq olar?
Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Mütəxəssislərin fikrincə, işləri daim təxirə salmaq təkcə tənbəlliklə deyil, insan beyninin emosional fəaliyyət xüsusiyyətləri ilə də əlaqədardır. Bu vərdişin səbəbini anlamaq ondan qurtulmağın ilk addımı hesab olunur.
Sherg.az xəbər verir ki, emosiyalar və yaddaşın idarə olunmasında mühüm rol oynayan limbik sistem insanın əvvəlcə hiss etməsinə, sonra isə düşünməsinə səbəb olur. Bu səbəbdən insanlar narahatlıq və ya stress yaradan tapşırıqlardan yayınmağa meylli olurlar.
Mütəxəssislər bildirirlər ki, insan beyni ani həzz verən fəaliyyətlərə üstünlük verdiyi üçün çətin və mürəkkəb görünən işləri tez-tez ertələyir. Araşdırmalara əsasən, gündə üç saatdan çox vaxtın təxirə salmağa sərf edilməsi il ərzində təxminən iki ayın itirilməsi deməkdir.
Psixoloqlar qeyd edirlər ki, bu vərdişdən xilas olmağın yolu yaranan mənfi emosiyaları dərk etmək və onları idarə etməyi öyrənməkdir. Tapşırıq nə qədər mürəkkəb və qorxuducu görünürsə, onu yerinə yetirməkdən yayınmaq ehtimalı da bir o qədər artır.
Baxış sayı:154
Bu xəbər 12 İyul 2026 05:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















