Icma.az
close
up
RU
Texniki Universitetdə beynəlxalq elmi əməkdaşlığa dair vorkşop keçirilib AZƏRTAC

Texniki Universitetdə beynəlxalq elmi əməkdaşlığa dair vorkşop keçirilib AZƏRTAC

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 29 dekabr, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının 2024-cü ildə keçirilmiş son genişləndirilmiş iclasında qəbul edilmiş qərarlara əsasən, Rektorun yanında Beynəlxalq Məşvərət Şurasının yaradılması və universitetin beynəlxalq reytinqlərdə nüfuzunun artırılması ilə bağlı mühüm addımların atılması qərara alınıb. Bu qərarların icrası çərçivəsində Biotibbi Mühəndislik İnstitutunun direktoru professor Nuran Abdullayevə verilən tapşırıqlara uyğun olaraq beynəlxalq elmi əməkdaşlıq və yeniliklərə dair vorkşop keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşün əsas məqsədlərindən biri tələbələrin elmə marağı artırmaq, onları beynəlxalq layihələrdə iştiraka həvəsləndirmək və müasir tədqiqat metodologiyalarını nümayiş etdirmək olub. Tədbiri giriş sözü ilə açan Nuran Abdullayev bu istiqamətdə keçirilən tədbirlərin elmi inkişaf və tələbələrin gələcək karyera perspektivləri baxımından əhəmiyyətli bir addım olduğunu vurğulayıb. Daha sonra professor “Expertise in Mechanical Thrombectomy: Cutting-Edge Techniques for Improved Stroke Outcomes” mövzusunda çıxış edib. O, məruzəsində müasir tibb texnologiyaları və insultun müalicəsində mexaniki trombektomiya texnikalarının elmi əsasları barədə ətraflı məlumat verib və AzTU-nun professor-müəllim heyəti ilə müzakirə aparıb.

Bununla yanaşı, Nuran Abdullayev Biotibbi Mühəndislik İnstitutunda mövcud tədqiqat imkanları və Avropanın aparıcı elmi institutları ilə birgə fəaliyyət perspektivləri barədə də fikirlərini bölüşüb. O, gənc elm adamları üçün universitetin yaratdığı imkanlardan da danışıb.

Görüşdə həmçinin ABŞ-nin Massaçusets Universitetinin tələbəsi Kamran Ağayev müasir elektromühəndislik sahəsində məruzə edib. Kamran Ağayev həm öz layihələrindən, həm də AzTU tələbələrinin Massaçusets Universiteti ilə birgə elmi fəaliyyət imkanlarından danışıb, auditoriyanın suallarını cavablandırıb. Bundan başqa, 2025-ci il üçün növbəti birgə layihələr və nəzərdə tutulan görüşlər barədə də müzakirə aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Dekabr 2024 20:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see250

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see195

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see140

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see137

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see135

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see135

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see131

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see131

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see130

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri