Texniki xətalar üzündən hər şey istədiyimiz kimi alınmasa da... Şəfa nın baş məşqçisi
Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
1-ci Liqanın iddialılarından olan "Şəfa" avqustun 9-da yaya hazırlığı çərçivəsində 3-cü sınaq matçına çıxıb. Bakılılar digər 1-ci Liqa təmsilçisi "Cəbrayıl"ı 2:1 hesabı ilə məğlub ediblər. "Şəfa"nın baş məşqçisi Elgiz Kərəmli ilə əlaqə saxlayıb oyun barədə fikirlərini bölüşməsini xahiş etdik.
Gənc mütəxəssisin Fanat.Az-a açıqlaması belə oldu:
"Bu matçda həm taktiki planda görülən işlər, həm də heyətin komplektləşdirilməsi baxımından bizim üçün vacib idi. Əvvəlki sınaq matçlarına nəzərən bu görüşdə müdafiədə daha az səhvə yol verdik. Hücumların təşkilində müəyyən çatışmazlıqlar qalmaqdadır. Texniki xətalar üzündən hər şey arzuladığımız səviyyədə alınmasa da, irəliləyişlər də var. Oyundan-oyuna inkişaf hiss edirik. Bildiyiniz kimi, yeni futbolçuların sayı çoxdur və onların komandaya tam uyğunlaşmasına vaxt lazımdır. Ümumi götürsək, komandadan razıyam. Qarşıda hələ bir neçə sınaq matçı olacaq və həmin görüşlərdən sonra çempionata 70-80 faiz hazır olacağıq".
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 11 Avqust 2025 16:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















