Icma.az
close
up
RU
Texnobloger : Azərbaycanda media savadlılığı və rəqəmsal məsuliyyətin təmin edilməsi strateji zərurətdir AZƏRTAC

Texnobloger : Azərbaycanda media savadlılığı və rəqəmsal məsuliyyətin təmin edilməsi strateji zərurətdir AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 18 dekabr, AZƏRTAC

Azərbaycanda media savadlılığı ilə bağlı mövcud problemlərdən biri vətəndaşların etibarlı informasiya mənbəyi kimi sosial şəbəkələrə və fərdi sosial media hesablarına həddən artıq etibar etməsidir. Məsələn, “TikTok”, “Instagram” və “Facebook” kimi platformalarda yayılan məlumatlar insanlar tərəfindən heç bir yoxlamaya məruz qalmadan həqiqət kimi qəbul edilir. Bu vəziyyət bəzən fərdlərin iddiaları, məqsədli dezinformasiyalar və ya qəsdən yayılan şayiələrin geniş auditoriyaya çatmasına səbəb olur. Sosial şəbəkələrin alqoritmləri vasitəsilə bu cür yanlış məlumatlar sürətlə yayılır və ciddi informasiya yükü yaradır. Təəssüf ki, cəmiyyətin böyük bir hissəsi bu məlumatların təsirinə düşərək onların doğruluğunu şübhə altına almadan qəbul edir.

Bu fikirləri AZƏRTAC-a eksklüziv açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, texnobloger Fərid Pərdəşünas söyləyib.

O bildirib ki, vətəndaşlar çox zaman sosial mediada yayılan məlumatları “şübhəsiz həqiqət” kimi qəbul edir və bunun nəticəsində dezinformasiya ağızdan-ağıza, sosial şəbəkələr və xüsusilə “WhatsApp” qrupları vasitəsilə sürətlə yayılır: “Bu cür halların qarşısını almaq üçün vətəndaşların hər hansı bir məlumatı qəbul etməzdən əvvəl onun mənbəyini araşdırması olduqca vacibdir. Bu məqsədlə məlumatın dəqiqliyini təsdiqləmək üçün ilkin addım kimi həmin məlumatın başlığını və ya məzmununu internetdə axtarışa vermək tövsiyə olunur. Axtarış zamanı etibarlı xəbər portallarına və ya tanınmış media qurumlarına istinad edilib-edilmədiyinə diqqət yetirmək lazımdır. Həmçinin mövzu ilə bağlı müvafiq dövlət qurumlarının rəsmi açıqlama verib-vermədiyini araşdırmaq da vacibdir. Bu yolla insanların dezinformasiyaya məruz qalma ehtimalı azalar və onlar daha doğru məlumat əldə edə bilərlər”.

F.Pərdəşünas qeyd edib ki, məlumatın doğruluğunu yoxlamaq üçün faktçekinq platformalarından istifadə də zəruridir: “Fərdlər bu platformalarda təqdim olunan təhlillərə müraciət edərək xəbərin mənbəyinin etibarlılığını qiymətləndirməlidirlər. Bu proses insanlarda tənqidi düşüncə vərdişlərini gücləndirir və onların yanlış məlumatlara qarşı immunitetini artırır. Təəssüf ki, bəzi hallarda vətəndaşlar ya tənbəllik edir, ya da öz inanclarına uyğun məlumatlara inanmaq istəyirlər. Nəticədə sosial mediada yanlış xəbərlər və dezinformasiyalar gündəm yaradır və hətta geniş müzakirələrə səbəb olur. Bu problemlə mübarizə üçün cəmiyyətdə media savadlılığı sahəsində maarifləndirmə işləri həyata keçirilməlidir. Vətəndaşların dezinformasiyaya qarşı mübarizədə aktiv iştirakı təmin edilməli, onlara doğru mənbələri seçmək və məlumatın etibarlılığını yoxlamaqla bağlı təlimatlar verilməlidir: “Xüsusilə rəqəmsal medianın sürətli inkişafı fonunda xəbərlərin operativ yoxlanılması və təsdiqlənməsi çətinləşdiyi üçün vətəndaşların özlərinin bu prosesi yerinə yetirməsi zərurətə çevrilib. Media qurumlarının hər bir xəbərin doğruluğunu əvvəlcədən yoxlaması mümkün olmadığı üçün məlumatların sosial mediada sürətlə yayılması və populyarlaşması reallıqdır. Bu səbəbdən vətəndaşlar tənqidi yanaşma nümayiş etdirməli, müxtəlif mənbələrdən məlumatın etibarlılığını yoxlamalı və yalnız təsdiq olunmuş məlumatlara etibar etməlidirlər”.

Texnobloger vurğulayıb ki, Azərbaycanda rəqəmsal hüquqlar və vətəndaş məsuliyyəti ilə bağlı ciddi problemlər müşahidə olunur. Bəzi insanlar və ictimai qruplar rəqəmsal mühitdə həyata keçirilən fəaliyyətlərin hüquqi məsuliyyət yaratmadığını düşünürlər. Onların qənaətinə görə, internetdə, sosial şəbəkələrdə və rəqəmsal platformalarda edilən hərəkətlər hüquqi tənzimlənmədən kənarda qalır. Halbuki reallıq tam əksini göstərir. Rəqəmsal dünyada baş verən bütün proseslər hüquq normalarına uyğun şəkildə tənzimlənir. Yəni, sosial şəbəkələrdə və ya digər onlayn platformalarda həyata keçirilən fəaliyyətlər, mülki hüquqda olduğu kimi, hüquqi məsuliyyət yaradır. Rəqəmsal mühitdə insanların şəxsi toxunulmazlığı, şəxsi məlumatlarının, o cümlədən mesajlarının və görüntülərinin qorunması xüsusi əhəmiyyət daşıyır. Təəssüf ki, Azərbaycanda bu hüquqların qorunmasına kifayət qədər diqqət yetirilmir. İnsanlar çox zaman sosial şəbəkələrdə yazdıqları şərhlərin, paylaşdıqları məlumatların və yayılan fikirlərin hüquqi məsuliyyətə səbəb ola biləcəyini düşünmürlər. Bir çox şəxs hesab edir ki, sadəcə sosial mediada status paylaşmaq, şərh yazmaq, kimisə təhqir etmək və ya haqqında yalan məlumat yaymaq heç bir hüquqi məsuliyyət doğurmur. Lakin bu yanaşma tamamilə yanlışdır. Necə ki, mülki hüquqda bir şəxsə böhtan atmaq, onun şərəf və ləyaqətini alçaltmaq hüquqi məsuliyyət yaradırsa, eyni qaydalar rəqəmsal mühitdə də qüvvədədir. Sosial şəbəkələrdə yayılan hər hansı təhqir, iftira və ya şəxsi məlumatın qanunsuz yayılması hüquqi məsuliyyət yaradır və bunun ağır nəticələri ola bilər.

“Hər bir vətəndaş rəqəmsal mühitdəki hüquqlarını və məsuliyyətlərini bilməli, hüquqi çərçivəyə uyğun davranmalıdır. Bu çərçivədə şəxslər öz ad və soyadlarından istifadə etməli, saxta və ya anonim profillərlə qanunazidd fəaliyyət göstərməməlidirlər. Eyni zamanda, başqaları haqqında şərh yazarkən və ya məlumat paylaşarkən şəxsi toxunulmazlıq prinsipinə riayət etməli, digər insanların hüquqlarına hörmətlə yanaşmalıdırlar. Rəqəmsal mühitdə etik qaydaların gözlənilməsi və hüquqi məsuliyyət anlayışının cəmiyyətə aşılanması gələcəkdə problemlərin qarşısını almağa kömək edə bilər. Bu məsələlərin həlli məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi, rəqəmsal hüquqlar və onlayn məsuliyyətlər barədə vətəndaşlara məlumat verilməsi vacibdir. Həmçinin məhkəmə presedentləri əsasında hüquqi praktikanın formalaşdırılması və rəqəmsal mühitdə hüquqi məsuliyyətlə bağlı işlərin artırılması faydalı ola bilər. Son dövrlərdə sosial şəbəkələrdə qanunsuz fəaliyyətlərin artması göstərir ki, hüquqi çərçivənin möhkəmləndirilməsi və ictimai maarifləndirmə tədbirlərinin genişləndirilməsi zəruridir. Bu istiqamətdə dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının birgə fəaliyyəti mühüm əhəmiyyət kəsb edir”, - deyə F.Pərdəşünas əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Dekabr 2024 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see403

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see386

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see336

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see299

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see299

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see291

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see257

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see249

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see230

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see223

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see209

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see179

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see170

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see148

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see139

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see139

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see133

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see133

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see131

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri