Texnologiyanın cəmiyyətə təsirini insanlar özləri formalaşdırır Ədalət Muradov
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
"Süni İntellektin (Aİ) tətbiqinin insan əməyini əvəzləyəcəyi ilə bağlı narahatlıqları sürətlə artırır. İnsan əməyinə əvvəlki qədər ehtiyac qalmayacağı kimi fikirləri daha tez-tez eşitmək mümkündür. Ənənəvi işçi–işəgötürən münasibəti sadədir: işçi bacarığını göstərir və qarşılığında əmək haqqı alır. Lakin Aİ bu modeli tamamilə dəyişə bilər".
Bunu 525.az-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov deyib. Rektor bildirib ki, əgər maşınlar insanlardan daha effektiv və ucuz dəyər yaradırsa, o zaman “əmək bazarı” anlayışı da öz mahiyyətini dəyişir:
"Beləliklə, Aİ-nin inkişafı “İntellekt Lənəti” adlanan vəziyyət yarada bilər – yəni hökumətlər və işəgötürənlərin insan kapitalına investisiya yatırmağa marağı azala bilər! Axı işi maşınlar görür! Amma unutmaq olmaz ki, bütün bu risklərə baxmayaraq, gələcək hələ yazılmayıb və texnologiyanın cəmiyyətə təsirini də insanlar özləri formalaşdırır. Yəni, vacibi “insanı əvəz edən” deyil, “insanı gücləndirən” Aİ-in inkişafıdır. Bu o deməkdir ki, əgər Aİ insan zəkasını tamamlayan alət kimi inkişaf etdirilsə, o zaman uğurlu, arzuolunan gələcək yaratmaq mümkün olacaq. Başqa sözlə, hər şey Süni İntellektə yanaşmadan asılı olacaq".
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 17 Noyabr 2025 11:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















