Texnologiyanın inkişafı cəmiyyətləri necə dəyişir? Araşdırma
Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq.
Dünyada texnologiyanın sürətli inkişafı yalnız sənaye və iqtisadi sahələri deyil, insanların gündəlik həyat tərzini də əsaslı şəkildə dəyişir.
Sfera.az xəbər verir ki, son aparılan beynəlxalq araşdırmalar göstərir ki, yüksək texnologiyalı ölkələrdə cəmiyyətin davranış modeli və həyat keyfiyyəti fərqli istiqamətdə inkişaf edir.
Araşdırmaya əsasən, Cənubi Koreya, Yaponiya, İsrail, ABŞ və Çin texnoloji inkişaf baxımından dünya liderləri sırasında yer alır. Mütəxəssislər bildirir ki, bu ölkələrdə ağıllı şəhərlər, süni intellekt texnologiyaları, robototexnika və rəqəmsal ödəniş sistemləri artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib.
Cənubi Koreya bu sahədə ən irəlidə gedən ölkələrdən biridir. Burada həm məktəblərdə rəqəmsal dərsliklər tətbiq olunur, həm də şəhərlərdə ağıllı sistemlər vasitəsilə nəqliyyat, təhlükəsizlik və ictimai xidmətlər idarə olunur.
Çində isə mobil tətbiqlər həyatın bütün sahələrinə nüfuz edib – alış-verişdən tutmuş taksi çağırmağa qədər hər şey smartfon üzərindən idarə olunur.
Texnologiyanın inkişafı təhsili daha əlçatan etsə də, mütəxəssislər bu prosesin bəzi mənfi tərəflərinə də diqqət çəkir. Belə ki, rəqəmsal asılılıq, sosial təcrid və informasiya çirkliliyi cəmiyyətlərin qarşısında yeni psixoloji və sosial çağırışlar yaradır.
Fidan Hacızadə
sfera.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 21 Mart 2025 20:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















