Icma.az
close
up
RU
Texnoloji inkişaf bizim üçün əsas prioritet olmalıdır

Texnoloji inkişaf bizim üçün əsas prioritet olmalıdır

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

“Dövlət başçısı İlham Əliyevin hər bir çıxışı Azərbaycanın ayrı-ayrı sahələrdə qazandığı uğurların və onların fonunda müəyyənləşdirilən hədəflərin təqdimatıdır. Bu baxımdan Prezident İlham Əliyevin noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqdakı çıxışı hazırda ölkə mətbuatında geniş şərh edilir. Azərbaycanda təhsilin, elmin inkişafından, alimlərimizin ölkəmizin tərəqqisinə verdikləri davamlı töhfələrdən geniş bəhs edən cənab İlham Əliyev vurğuladı ki, Akademiya 80 ildə böyük yol keçib. Bu illər ərzində müxtəlif ictimai-siyasi quruluşlarda yaşasaq da, Azərbaycan hər zaman öz elminin inkişafına böyük diqqət yetirib.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünə diqqət yetirsək, təhsilin, elmin inkişafı istiqamətində böyük səylər göstərdiyini, Azərbaycan alimlərini dəstəklədiyini görərik. Hələ ötən əsrin 70-ci illərində onun rəhbərliyi ilə Akademiyanın fəaliyyəti təkmilləşdi, bir neçə yeni elmi-tədqiqat institutu yaradıldı, elmin inkişafına böyük vəsait ayrıldı. O illərdə Ulu Öndərin təşəbbüsü ilə yüz minlərlə Azərbaycan gənci keçmiş İttifaqın aparıcı ali məktəblərinə göndərildi və ölkəmizdə intellektual potensial daha da gücləndi. Bu siyasət Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra da davam etdirildi. Hər bir sahədə möhkəm təməl Azərbaycanın bugünkü reallıqlarında özünün aydın ifadəsini tapır. Hazırda on minlərlə Azərbaycan gənci artıq dünyanın aparıcı ali məktəblərində təhsil alırlar. Onların böyük əksəriyyəti oxuyub Vətənə qayıdır, ölkəmizin inkişafına öz dəyərli töhfələrini verirlər. Dövlət başçısı İlham Əliyev hər bir çıxışında ölkənin bugünkü və gələcək inkişafında təhsilin, elmin, yeni texnologiyaların rolunu xüsusi vurğulayır. Reallıq budur ki, Azərbaycan əhalisinin savadlılıq səviyyəsi 100 faizə çatıb. Təbii ki, bu, atılan mühüm addımların uğurlu nəticəsidir”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, dövlət başçısı İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin qeyd olunduğu 2015-ci ildən ötən 10 ildə Azərbaycanın bütün sahələrdə, o cümlədən elmdə, təhsildə qazandığı uğurlardan, atılan addımlardan geniş bəhs etdi: “Təbii ki, bu illərin uğurlarının zirvəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası dayanır. Buna əsas verən isə Azərbaycanın bütün sahələrdə qazandığı uğurlar, ədalətə və beynəlxalq hüquqa söykənən siyasətimiz, Vətənə, torpağa sevgimiz və sair amillərdir. Daim ölkəsinin, xalqının gələcəyini düşünən Lider müəyyənləşdirdiyi siyasəti ilə dövrün çağırışlarının yüksək səviyyədə cavablandırılması üçün zəruri addımları atır. Azərbaycanın hər bir sahədə zəngin təcrübəyə malik olması, dünyaya inkişafın təkmil modelini təqdim etməsi də bunun bariz nümunəsidir. Hər bir ölkənin inkişafında əhəmiyyətli rol oynayan sabitliyi və iqtisadi amili nəzərə alsaq Azərbaycanın bu istiqamətlərdə qazandığı uğurlar göz qabağındadır. Dövlət başçısı İlham Əliyev yubiley yığıncağındakı çıxışında vurğuladı ki, bizim iqtisadi göstəricilərimiz çox müsbətdir. Bu gün iqtisadiyyatımızın aparıcı təkanverici qüvvəsi qeyri-neft sektordur. Bu gün dünyanın aparıcı reytinq agentlikləri - iki aparıcı beynəlxalq reytinq agentliyi bizim kredit reytinqimizi qaldırıb və bunu investisiya reytinqinə uyğun səviyyədə artırıb. Bu, əlbəttə ki, ölkəmizdə gedən iqtisadi islahatların təzahürüdür. Biz heç kimdən asılı deyilik. İqtisadi müstəqillik təbii olaraq siyasi müstəqilliyi də gücləndirir. Valyuta ehtiyatlarımız ildən-ilə artır. Bu göstəriciyə görə Azərbaycan bu gün dünya miqyasında aparıcı yerlərdədir. İqtisadi və maliyyə dayanıqlılığı bizə imkan verir ki, böyük investisiya layihələrini icra edək. Bu gün əsas investisiya layihələrinin istiqaməti Qarabağ və Şərqi Zəngəzurdur. Azad edilmiş bu torpaqlarda da dünyada misli görülməmiş işlər görülür”.

Malik Həsənov vurğulayıb ki, son 10 il Azərbaycan üçün inkişaf və zəfərlərlə zəngin illər olmuşdur. Əsas vəzifə - torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası, suverenliyimizin bərpası layiqincə təmin edildi. Bu gün Azərbaycan bütün suveren torpaqlara sahibdir. Ərazimizdə işğalçı qüvvələr, xarici hərbi birləşmələr yoxdur. Bu gün bu torpaqlarda qurub-yaradırıq. Biz bir neçə gündən sonra şanlı Zəfərimizin beşinci ildönümünü qeyd edəcəyik. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bizim qədər parlaq, tam və mütləq Qələbə qazanan ikinci ölkə olmamışdır.

Millət vəkili qeyd edib ki, illər keçdikcə qarşıda duran vəzifələr də dəyişir: “Hazırda hər bir ölkənin inkişafını, eyni zamanda, təhlükəsizliyini onun texnoloji imkanları şərtləndirir. Dövlət başçısının çıxışında bildirdiyi kimi, bu gün bunu iqtisadi inkişafda, yeni texnologiyaların tətbiqində, yeni müharibələrdə görürük. Cənab İlham Əliyev bu çağırışı etdi ki, ona görə texnoloji inkişaf üçün əsas prioritet olmalıdır və əlbəttə, burada Azərbaycan alimlərinin üzərinə böyük vəzifə düşür. Azərbaycan dövlətinin üzərinə böyük vəzifə düşür ki, bu texnoloji inkişafı bütün sahələrdə tətbiq edək və beləliklə, bizim inkişafımız dayanıqlı olsun. Hər bir ölkənin inkişafını təbii resurslar yox, məhz cəmiyyətin intellektual potensialı, texnoloji inkişaf, elmin inkişafı müəyyən edir. Təbii resurslar sadəcə olaraq bir vasitədir, bir imkandır. Təbii resursların ixracından əldə etdiyimiz vəsaiti insan kapitalına, texnoloji inkişafa yönəltməklə gələcəkdə inkişafımızı dayanıqlı etmək olar. Təbii sərvətlər tükənən sərvətlərdir. Tükənməz sərvət isə intellektual potensialdır, amma o halda əgər buna sərmayə qoyularsa. O sərmayəni dövlət qoymalıdır. Ölkənin elm ictimaiyyəti, alimlər bu istiqamətdə öz səylərini göstərməlidirlər”.

Malik Həsənov vurğulayıb ki, cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı vaxtdan bu hədəfi qarşıya qoydu- İqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Biz neft kapitalını insan kapitalına çevirməliyik! Son 22 idə atılan addımların uğurlu nəticələri bu hədəfə nail olduğumuzu təsdiqləyir: “İqtisadiyyatımızın düzgün əsaslar üzərində qurulması Azərbaycanın dayanıqlı inkişafını təmin etməklə siyasi mövqeyini də möhkəmləndirir. Azərbaycan ənənəvi tərəfdaşları ilə əlaqələrini möhkəmləndirməklə bərabər, yeni körpülərin qurulmasında da maraqlıdır. Ölkəmiz əməkdaşlıq məkanı kimi diqqətdədir. Bu gün paytaxt Bakı ilə yanaşı regionlarımızın, o cümlədən azad edilmiş ərazilərimizin müxtəlif sahələr üzrə keçirilən tədbirlərə ev sahibliyi də Azərbaycanın beynəlxalq alımdə qazandığı nüfuzun, etimadın göstəricisidir”.

Millət vəkili bildirib ki, hər bir çıxışında Azərbaycanın tarixindən geniş bəhs edən cənab İlham Əliyev bu mühüm hədəfə də diqqəti yönəltdi ki, biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq, tanklarla yox, avtomobillərlə qayıtmalıyıq: “Dövlətimizin başçısı bunun üçün qarşıda dayanan vəzifələri də açıqladı. Elmi əsərlər, sərgilər, təqdimatlar, tarixi xəritələrin dərc edilməsi əsas prioritetlərdəndir. Bu çağırış da diqqətə çatdırıldı ki, artıq 30 ildən çoxdur ki, müstəqil dövlət kimi yaşayırıq və Azərbaycan xalqının çoxəsirlik dövlətçilik tarixində Azərbaycan bugünkü qədər güclü olmamışdır. Ona görə müstəqil Azərbaycanın tarixini tədqiq edən, təbliğ edən bir çox əsərlərə ehtiyac var”.

Malik Həsənov ümumiləşdirilmiş şəkildə qeyd edib ki, atılan hər bir addım, qarşıya qoyulan hədəflər qalib, bütövləşən Azərbaycanımızın daha da möhkəmlənməsinə, dayanıqlı inkişafına, hər bir sahədə zəngin təcrübəyə malik olmasına xidmət edir. Hər zaman qeyd edildiyi kimi, güclü Azərbaycan bütün dövrlərdə əsas hədəf olub. Bu hədəf bizi torpaqlarımıza qovuşdurdu, tarixi ədaləti bərpa etdi, işğala son qoydu. Xalqımız tezliklə növbəti hədəfimizə də nail olacağımıza əmindir. Qərbi Azərbaycana qayıdacağıq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Noyabr 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri