Təxribatçılara fürsət verməməliyik
Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.
"Son günlər iki dost-qardaş ölkə, Türkiyə ilə Azərbaycan arasında münasibətlərə zərbə vurmaq, ölkələrarası gərginlik yaratmaq cəhdləri bizləri hədsiz dərəcədə məyus edir. Tam əminliklə deyə bilərəm ki, qardaş ölkədə Azərbaycan əleyhinə başlanan kampaniyanın nə Türkiyə dövləti, nə də Türk xalqına yaxından-uzaqdan bağlılığı var. Bu proseslərdə fəallıq göstərən üçüncü qüvvələrdir".
Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı deyib. O bildirib ki, Türkiyədə Azərbaycan əleyhinə kampaniya başladan, Azərbaycanın İstanbuldakı konsulluğu qarşısında aksiya keçirənlər Türkiyədə yaşayan ermənilər, İranin bu ölkədəki agentura şəbəkəsinin üzvləri, eləcə də ölkəmizə qarşı düşmən mövqedə dayanan digər xalqların nümayəndələridir:
"Bizə gün kimi aydındır ki, ara qarışdıranların, Ankara-Bakı münasitəblərinə zərbə vurmaq istəyənlərin Türkiyə dövləti və Türk xalqı ilə heç bir bağlılğı yoxdur. Ancaq bunu təbii ki, qardaş ölkənin siyasi rəhbərliyi də açıqlamalı və Azərbaycanda az da olsa yaranmış qırğınlığa son qoymalıdır. Azərbaycan və Türkiyə olaraq qətiyyən bu kimi təxribatçılara fürsət verməməliyik".
Arzuman Muradlı əmin olduğunu bildirib ki, tezliklə sular durulacaq və təxribatçılar ifşa ediləcəklər.
Süleyman
Bu mövzuda digər xəbərlər:Vaşinqton rusiyalı təxribatçılara “yaşıl işıq” yandırır?
19 Mart 2025 13:19
Qaçqının biri də mən! Nə vaxt kiminsə toyuğuna daş atmısam? Seymur Verdizadədən təxribatçılara sərt cavab
11 Sentyabr 2025 21:03
Azərbaycanlının ekstradisiyasına imkan verməməliyik
06 Oktyabr 2026 13:19
Merkeldən çağırış: Rusiyaya imkan verməməliyik
06 Fevral 2025 19:33
Paşinyana imkan verməməliyik ki… Sarkisyan
20 Fevral 2025 20:41
Baxış sayı:78
Bu xəbər 05 Oktyabr 2026 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















