Icma.az
close
up
RU
Teymur Eyvazov: “Azərbaycan futzalı eniş dönəmini yaşayır”

Teymur Eyvazov: “Azərbaycan futzalı eniş dönəmini yaşayır”

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Baku Fire” futzal üzrə yüksək liqanın ilk 5 turunda 5 qələbə qazandı və birinci dövrəni şəriksiz lider kimi bitirdi.

Paytaxt təmsilçisinin baş məşqçisi Teymur Eyvazovla bununla bağlı danışdıq. Mütəxəssislə komandasının uğuru, futzalımızın ümumi durumu və başqa məsələlər ətrafında söhbətləşdik.
– Teymur bəy, ilk 5 turu necə xarakterizə etmək olar?
– Gözlənildiyi kimi, əsas rəqiblərimiz yenə “Araz-Naxçıvan”la “Neftçi” oldu. Yuxarı pillələrdəki komandalarla aşağıdakıların nəticələri və potensialı arasında uçurum var. İlk 5 matçı çox uğurlu sayıram. Hədəflədiyimiz qələbələri qazanmışıq.
– Komandanız mövsümlərarası fasilədə çox güclənib, yoxsa əsas rəqibləriniz çətin dönəmdən keçir?
– Məncə, uğurun sirri heyətimizlə bağlıdı. Yola eyni futzalçılarla davam edirik. İllərdi bir yerdəyik. Mövsümün əvvəlində iki oyunçuyla yolları ayırdıqsa, iki transfer etdik. “Araz-Naxçıvan” və “Neftçi”də isə köklü dəyişikliklər oldu. Futzalda belə hadisələr, adətən, mənfi ab-hava yaradır, ümumi struktur pozulur. Bizim özünəməxsus proqramımız var ki, addımlar xüsusi plan əsasında atılır.
– Oyunlar keçdikcə zədəlilər və cəzalılar olur. Heyətiniz yetərincə genişdimi? Əsas rəqibləri məğlub etmək komandada arxayınlıq yarada bilərmi?
– Sadaladığımız məsələlər normal və gözləniləndi. Meydanda rəqabət və mübarizə varsa, belə hallar qaçılmazdı. Futzalçıların cəzalı duruma düşməməsi üçün lazımi tapşırıqlar verilir. Davranışlarına və danışıq tərzlərinə diqqət etməlidilər. Həmçinin oyun tərzinə məsuliyyətlə yanaşmalıdılar. Özlərini yaxşı aparmalıdılar. Həm məşqlərdə, həm də matçlarda zədədən qorunmalarına önəm veririk. Yeni mövsümdən peşəkar həkimlə anlaşmışıq. Zədəli olanda dərhal tibbi müdaxilə edilir və ən qısa zamanda meydana qayıtması üçün səy göstərilir. Psixoloji məsələlər də diqqətdə saxlanılır. Arxayınlaşdığını hiss etdiyimiz futzalçılarla söhbət edirik.
– Yüksək liqadakı komandalar arasında niyə bu qədər səviyyə fərqi var?
– Əsas səbəb maliyyədi. Komandaların o qədər maddi gücü yoxdu ki, istədikləri futzalçıyla anlaşsınlar. Belədə ya həvəskar, ya da aşağı yaş qruplarından bacarıqlı futzalçılarla meydana çıxırlar. Bu məsələlərlə federasiya ciddi məşğul olmalıdı. İstəyirik ki, güclü rəqiblərin sayı daha çox olsun. Ayda bir, ən yaxşı halda iki dəfə çətin oyun keçiririk. Hətta bəzi matçlar heç məşq xarakteri də daşımır. Elə rəqiblər var ki, məşqdən sonra istirahət etmədən onlarla oynayırıq və qalib gəlirik. “Baku Fire”, “Araz-Naxçıvan” “Neftçi” kimi kollektivlərin sayı artırılmalıdı. Federasiya da bu işdə maraqlı olmalıdı.
– Təbii ki, rəqiblərin zəif olması çempionun beynəlxalq arenadakı çıxışlarına mənfi təsir edir. Siz çempion olsaz, ölkəmizi layiqincə təmsil edə biləcəksizmi? Bunun üçün potensialınız varmı?
– Əsas rəqiblərlə hələ cəmi iki matç keçirmişik. Çempionluq haqda danışmaq tezdi. İndi yalnız ölkə çempionatını düşünürük. Qış fasiləsindən sonra əsas rəqiblər daha güclü olacaq. Məncə, çempion yalnız mayda bilinəcək.
– Sizcə, “Baku Fire”ın yüksək liqadakı varlığı ölkə futzalına nə qazandırır?
– İndiyə qədər böyük işlər görmüşük. Aşağı liqada da komandamız var (“Baku Fire 2” – red.). Həmin kollektivə gənc futzalçıları cəlb edirik. Özünü yaxşı tərəfdən göstərənləri yüksək liqaya gətiririk. Həm millilərimizə, həm də yüksək liqadakı komandalara oyunçular vermişik. İstərdim ki, digər kollektivlərin də aşağı liqada komandası olsun. Hazırda bundan artığını edə bilmirik...
– Sonda millimizlə bağlı durumu necə şərh edə bilərsiz?
– Azərbaycan futzalı eniş dönəmini yaşayır. Legionerlərin yığmanı tərk etməsindən sonra ciddi boşluqlar yaranıb. Çox çalışmalıyıq ki, yerli futzalçılar yetişdirək. Bunun üçün vaxt lazımdı. İnanıram ki, gənc nəsil tezliklə formaya düşəcək və yığmamızın uğurları üçün tər tökməyə başlayacaq.
KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:228
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 Dekabr 2024 22:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri