Icma.az
close
up
RU
Təyyarə qəzası ilə bağlı iki əsas ehtimal var Haber Global ın REPORTAJI

Təyyarə qəzası ilə bağlı iki əsas ehtimal var Haber Global ın REPORTAJI

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycandan Türkiyəyə uçan və Gürcüstanda - sərhədə yaxın ərazidə qəzaya uğrayan "C-130" hərbi yük təyyarəsinin qəzaya uğramasının ehtimal olunan səbəbləri barədə "Haber Global"da geniş reportaj yayımlanıb.

BAKU.WS xəbər verir ki, "Haber Global" iki mümkün ehtimalı önə çıxarıb.

Bildirilib ki, hava gəmisi sonuncu dəfə 2020-ci ildə hərtərəfli texniki xidmətdən keçib:

"Birinci ehtimal, təyyarənin gövdəsində korroziya, pas və ya oksidləşmə səbəbindən dəlik əmələ gəlməsi ola bilər. Oxşar problemlə bağlı 2019-cu ildə ABŞ-nin Arizona ştatında təyyarə qəzaya uğrayıb.

İkinci ehtimal, yükün düzgün bərkidilməməsi və uçuş zamanı yerini dəyişməsidir. Bu halda, hərəkət edən yük təyyarənin içərisinə zərər vurmuş ola bilər".

İstintaq Gürcüstan və Türkiyə tərəfindən aparılır.

Xəbərdə bildirilir ki, Azərbaycan da istintaqa tam dəstək verir:

"Dost və qardaş ölkə olan Azərbaycan qəzaya əvvəldən son dərəcə həssas yanaşıb və dərhal hərtərəfli dəstək göstərmək üçün müdaxilə edib".

Qəza ilə bağlı bütün sirlərin qara qutunun açılmasından sonra bəlli olacağı qeyd edilir:

"Bu prosesin qısa müddətdə olacağı gözlənilir. Təyyarə dağlıq və ya meşəlik ərazidə deyil, düz ərazidə qəzaya uğrayıb".

"Haber Global"ın şəxsi mənbələrdən əldə etdiyi məlumata görə, təyyarədəki heyət 8 noyabrda Bakıda keçirilən hərbi paradda iştirak edən Türkiyənin "F-16" təyyarəsinin texniki xidmət işçiləri olub:

"Təyyarə bazar ertəsi Gəncə hava limanına eniş edib və orada iki saat gözləyib. Heyət təyyarənin göyərtəsini və ya hava limanı ərazisini tərk etməyib. Bu müddət ərzində təyyarəyə heç bir xarici müdaxilə və ya yaxınlaşma aşkar edilməyib. Təyyarədə yalnız "F-16"nın ehtiyat hissələri olub.

Partlayıcı qurğu aşkar edilməyib. İlkin müşahidələr göstərir ki, təyyarənin göyərtəsində xarici təsir əlamətləri olmayıb. Mütəxəssislər vurğulayırlar ki, partlayıcı qurğu olsaydı, təyyarənin göyərtəsində belə bir təsirin sübutları mütləq tapılardı".

"Haber Global"ın reportajı barədə aşağıdakı videodan ətraflı tanış olmaq mümkündür:

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://baku.ws
archiveBu xəbər 12 Noyabr 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri