Icma.az
close
up
RU
Təyyarə qəzası: “Rusiya izləri itirməyə çalışıb” MÖVQE

Təyyarə qəzası: “Rusiya izləri itirməyə çalışıb” MÖVQE

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Təyyarənin yerə düşməsindən keçən az bir müddət ərzində artıq qənaət hasıl olmuşdu ki, ona kənar müdaxilə edilib. Əvvəlcə, Rusiya təbliğatı quş dəstəsi ilə toqquşma versiyasını ciddi şəkildə tirajlamaqla məşğul idi. Bunu həm də Kremlə yaxın media edirdi. Amma təyyarə yerə düşdükdən sonra çəkilən kadrlar açıq-aşkar göstərirdi ki, ona silahlı hücum olub və bu hücumun nəticəsində də təyyarə qəzaya uğrayıb”.

Bu sözləri Gununsesi.info-ya siyası şərhçi Azər Həsrət dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə hərəkət edən AZAL-ın təyyarəsinin Rusiya məxsus raketlə vurulması ilə bağlı fikirləri şərh edərkən deyib.

O vurğulayıb ki, artıq araşdırma aparılır və nəticələr rəsmi şəkildə elan ediləcək: “Bu faktdır ki, mülki təyyarə, sərnişin təyyarəsi vurulub. İndiki anda buna şübhə yeri yoxdur. Dünyanın hər yerində bu məsələlərdən anlayışı olan hər kəs, bu işləri bilən mütəxəssislər də bu faktı təsdiqləyir. Zatən ciddi bir araşdırmaya da ehtiyac yoxdur, çünki təyyarənin üzərindəki zədələr, sağ qalanların ifadələri, həmçinin təyyarənin içindən lentə alınan görüntülər onu göstərir ki, təyyarəyə raketlə hücum edilib.

Ona görə də Rusiya bu məsələyə aydınlıq gətirməlidir. Söhbət üzrxahlıq və təzminatdan gedir, amma əslində, bu da məsələnin tam həlli demək deyil. Çox ciddi bir münasibət haqqımız yaranıb. Yəni, sən vur, təyyarəni düşür, üstəlik də bununla qalma, onu yaxınlıqdakı heç bir hava limanına enməyə də imkan vermə, uzaq bir məsafəyə göndər. Artıq təsdiqlənib ki, təyyarə nəinki Qroznıya, hətta Mahaçqalaya çatmamış, onun GPS əlaqəsi kəsilib. Deməli, kimlərsə bilə-bilə bu təyyarəni vurmağa hazırlaşıb. Bir daha qeyd edirəm ki, bunlar ciddi münasibət tələb etmək haqqımızı yaradır. Maraqlıdır, Rusiya tərəfi bu işin altından necə çıxacaq, bunu maraqla gözləyirik”.

A.Həsrətin fikrincə, Rusiya təbliğatı Qazaxıstanın da adını bu məsələyə bulaşdırır.

“Qardaş Qazaxıstanın məsələyə heç bir aidiyyatı yoxdur. Sadəcə olaraq, pilotlar insanları xilas etmək üçün təyyarəni Rusiya ərazisindən qaçıraraq, qardaş ölkədə yerə endirməyə çalışıblar. Onlar öz canları bahasına gözlənildiyindən də artıq insanı xilas edə biliblər.

Qazaxıstan ilk anlardan baş vermiş qəza hadisəsi ilə bağlı gərəkli addımlarını atır, yaralılara qayğı göstərir, həlak olanlarla bağlı tədbirlər görür. Bir sözlə, Qazaxıstan əlindən gələni edir və onun pis mənada hallandırılması üçün heç bir səbəb də ola bilməz.

Kremlin bu təyyarəni nə səbəbə vurması, hansı planlarla həyatı keçirməsi sual doğurur. Təbii ki, cavabını da təxmin edirik. Məsələ ondadır ki, həmin anlarda Qroznıya Ukrayna dronları hücum edirdi. Çox güman ki, bunlar təyyarəni vurub Xəzər dənizinə düşürüb, izləri itirib, sonra da Ukraynanın vurduğunu iddia etməyə hazırlaşıblar.

Sadəcə, pilotlarımızın qəhrəmanlığı sayəsində onların bu planı alınmıyıb”, – deyə siyası şərhçi bildirib.

44 günlük Vətən Müharibəsində Azərbaycan tərəfinin səhvən Ermənistan ərazisində Rusiya helikopterini vurduğuna toxunan A.Həsrət qeyd edib ki, Azərbaycan tərəfi həmin vaxt dərhal bu məsələyə reaksiya verdi, üzürxahlıq etdi və təzminat ödəyəcəyini bəyan etdi.

“Azərbaycan dövlət əxlaqı sərgilədi. Həmçinin Suriyada Rusiya təyyarəsinin vurulması ilə bağlı qardaş Türkiyənin sərgilədiyi münasibət də elə bir dövlət əxlaqının nümunəsi idi. Amma bu gün dövlət əxlaqını Rusiyadan görmürük. İndi Rusiya belə bir dövlət əxlaqı sərgiləyə biləcəkmi? Çox çətin, çünki dediyim kimi, bu təyyarənin vurulması planlı şəkildə həyata keçirilib və onun Xəzər dənizinə düşürülərək, ümumiyyətlə, izləri itirilməsi üçün çalışılıb. Belə bir şəraitdə yəqin ki, məsələ tamam başqadır”, – deyə A.Həsrət fikirlərini yekunlaşdırıb.

Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə hərəkət edən AZAL təyyarəsi Qroznı şəhərinə yaxınlaşan zaman hücuma məruz qalıb.

Şəbnəm Rəhimova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 27 Dekabr 2024 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see263

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see212

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see209

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see209

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see190

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see179

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see170

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see164

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see157

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see157

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see141

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see141

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see137

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see134

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see133

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see128

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see126

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see126

İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə maraqlı Reaksiya

09 Dekabr 2025 10:10see125

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri