Təyyarə qəzasında həlak olan bələdçi Hökumə Əliyevanın evindən VİDEOREPORTAJ
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Hökumə üçün hansı gözəl sözü desəm, azdır. Çox tərbiyəli, savadlı, qabiliyyətli, əl bacarığı olan xanım idi. Həmişə tərbiyəsi, savadı, oturuşu-duruşu ilə hər kəsə nümunə olurdu".
Bizim.Media xəbər verir ki, bunu Baku TV-də yayımlanan "Arzunun vaxtı" verilişində təyyarə qəzasında həlak olan Azərbaycanın Milli Qəhrəmanı, stüardessa Hökumə Əliyevanın həyat yoldaşı Etibar Əliyev deyib.
Onun sözlərinə görə, H.Əliyeva hər zaman öhdəliklərini layiqincə və düzgün şəkildə icra edib:
"Uçuşda olanda insanlara ürək-dirək verirdi, onları təsəlli edirdi, hər şeyi başa salırdı. İzah edirdi ki, qorxmağa, narahat olmağa heç bir əsas yoxdur. "Hamımız birlikdə gedirik, birlikdə də qayıdacağıq" deyirdi".
E.Əliyev təyyarə qəzası barədə məlumatı bacısından öyrəndiyini söyləyib:
"Bacım dedi ki, iş qrupunda təyyarənin qəzaya uğradığı yazılıb. Eşidəndə dizlərim qırıldı. Onun cəsarətini, şücaətini Azərbaycan xalqı, bütün dünya gördü. Xalqımızın başı sağ olsun, böyük faciədir. Arzu edirəm ki, onun kimi şərəfli ölüm mənə də qismət olsun".
Hökumə Əliyevanın həyat yoldaşı ən çox onun təmiz ürəyi, şirin sözləri üçün darıxacağını söyləyib:
"O qədər yaxşı xüsusiyyətləri var idi ki, bilmirəm, hansı birini deyim. Onu həmişə "mələyim" deyə çağırardım. Hökumə həyatımın bələdçisi idi. Həmişə onunla səmimi olmuşuq. Nə sözümüz olub demişik, açıqsözlü olmuşuq. Biz bir-birimizə dayaq idik. Çətin anlarda bir-birimizin əlindən tuturduq, dərdlərimizi, fikirlərimizi bölüşürdük. Var ömür-gün yoldaşı, bir də var ömrüm, günüm. O mənim ömrüm, günüm idi. Hökumənin vəfatı ilə həyatım, ömrüm getdi".
Ətraflı süjetdə:
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 30 Dekabr 2024 23:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















