Təyyarə qəzasında həlak olan ekipaj üzvləri DƏFN EDİLDİ VİDEO
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan stüardessa Hökümə Əliyeva II Fəxri xiyabanda dəfn edilib.
Modern.az xəbər verir ki, dəfn mərasimində dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
***
13:55
Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan pilot Aleksandr Kalyaninov və kapitan pilot İqor Kşnyakin II Fəxri xiyabanda dəfn olunub.
Modern.az-ın məlumatına görə, dəfn mərasimində dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
***
13:32
Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinin II Fəxri xiyabanda dəfn mərasimi başlayıb.
Modern.az xəbər verir ki, dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri xiyabana axın edirlər.
Bundan əvvəl ekipaj üzvləri ilə Heydər Əliyev Beynəlxalq Aeroportunda vida mərasimi keçirilib, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 29 Dekabr 2024 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















