Təyyarə qəzasında şəhid olan hərbçi donor imiş Ondan sümük iliyi nəql olunubmuş
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Gürcüstan ərazisində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" hərbi yük təyyarəsinin qəzaya uğraması nəticəsində şəhid olan 38 yaşlı hərbçi Ramazan Yağızın donor olduğu məlum olub.
Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, 10 il əvvəl o, könüllü olaraq donor qeydiyyatına düşüb. Şəhid bu hadisə ilə bağlı təəssüratlarını sosial şəbəkədə belə ifadə edib:
"Təxminən 10 il əvvəl kök hüceyrə (sümük iliyi) donoru olub-olmayacağım sualına "bəli" cavabını verdim. Ötən ilin mart ayında kök hüceyrəmin xərçəng xəstəsi ilə uyğun olduğu bilindi. Müxtəlif testlərdən sonra iyun ayında transplantasiya edildi və üç aydan sonra xəstənin evə buraxıldığı xəbərini aldım. Səhiyyə Nazirliyinin qaydalarına əsasən xəstəni tanımıram, amma çox xoşbəxtəm. Allah heç kimi sağalmaz bəlalarla sınağa çəkməsin".
Qeyd edək ki, iki qız atası olan şəhidin atasını gənc yaşlarında itirdiyi və orta məktəbdən sonra hərbçi olmağa qərar verdiyi bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 12 Noyabr 2025 21:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















