Təyyarə qəzasından sağ çıxan Hafisət Çitiyeva dəhşətli anları danışdı
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində yaralanan və bir ay komada qalan Hafisət Çitiyeva Baku TV-yə faciənin dəhşətləri barədə danışıb.
Milli.Az xəbər verir ki, o, dekabrın 25-də həyat yoldaşının yanına getmək üçün həmin reyslə yola düşdüyünü bildirib:
"Təyyarəyə yoldaşımın iki bibisi ilə birlikdə minmişdim. Hadisə baş verəndə təşviş yaranmışdı, hamı qışqırırdı. Hər şey yadımdan çıxıb. Hökumənin "hər şey yaxşı olacaq" deməsi yadıma düşür".
H.Çitiyeva qəza nəticəsində belinin, sol çiyninin, qabırğalarının, döş qəfəsinin və ayağının qırıldığını bildirib:
"Belimdə implant var. Sol çiynimə görə hələ də müalicə almalıyam.
Komadan ayılanda soruşurdum ki, niyə bu vəziyyətdəyəm, heç nə başa düşmürdüm. Hələ də qorxuram, axşamlar rahat yata bilmirəm. Qəza ilə bağlı çox videoya baxmışam. Ölən insanların siyahısında mənim də adım var idi".
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 25 Dekabr 2025 15:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















