Icma.az
close
up
RU
Təyyarədə çaxnaşma: Sadəcə bir əşya təyyarənin yanğına səbəb oldu FOTO

Təyyarədə çaxnaşma: Sadəcə bir əşya təyyarənin yanğına səbəb oldu FOTO

Icma.az, Sfera.az portalına istinadən məlumat yayır.

Sidneydən Hobarta gedən VA1528 saylı Virgin Australia reysi ilə uçan sərnişinlər eniş zamanı əsl şok yaşayıblar. 

Sfera.az bildirir ki, “Virgin Australia” təyyarəsinin göyərtəsində çantada olan bir əşya səbəbindən yanğın baş verib. Səbəb üst zibil qutusunda alışan xarici batareya olub.

Hadisə şahidlərinin sözlərinə görə, əvvəlcə salonda yanıq qoxusu yaranıb. Uçuş bələdçiləri baqaj bölməsini açanda tüstülənən litium batareya tapıblar.

Ekipaj eniş etməzdən əvvəl yanğını tez bir zamanda söndürə bilib. Enişdən sonra batareyanın olduğu çanta dərhal çıxarılıb və standart prosedura uyğun olaraq bütün sərnişinlər təxliyə edilib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

“Virgin Australia” bildirib ki, təyyarə təhlükəsiz eniş edib və heç bir sərnişinin tibbi yardıma ehtiyacı yoxdur. Ekipaj həkimlər tərəfindən müayinə olunsa da, xəsarət alan olmayıb. Bununla belə, aviaşirkət əlavə yoxlamalar üçün yanğın yerinin yaxınlığında əyləşmiş sərnişinlərin axtarışına başlayıb.

Hadisədən sonra təyyarədə zədə olub-olmaması yoxlanılıb və Sidneyə qayıdış uçuşu üçün başqa bir təyyarədən istifadə edilib.

Qeyd edək ki, bu hadisə yanvar ayında “Air Busan təyyarəsinin göyərtəsində baş verən yanğını xatırladır. Həmin hadisə zamanı da yanğın xarici akkumulyator səbəbindən baş verib. 179 sərnişin dərhal təxliyə edilməli olub və təyyarə tamamilə məhv edilib.

Bu cür hadisələrə cavab olaraq, bütün dünyada hava yolları litium batareyaları ilə bağlı siyasətlərini sərtləşdirməyə başlanılıb. Aprel ayından etibarən Sinqapur Hava Yolları sərnişinlərə enerji banklarını doldurmaq üçün oturacaqlarındakı USB portlarından istifadə etməyi və ya ümumiyyətlə uçuş zamanı istifadəni qadağan edib. Power banklara yalnız daşıyıcı ilə razılaşaraq 160 vatt limitlə, 100 vatt-a qədər əl yükündə icazə verilir.

“Qantas” və “Virgin Australia” şirkətləri də ciddi tədbirlər görüblər: çıxarılmayan litium batareyaları olan baqajın daşınması qadağandır və bütün ehtiyat batareyalar qısaqapanmadan qorunan əl baqajında aparılmalıdır.

Melburn Universitetinin professoru Amandra Ellisin sözlərinə görə, litium batareyaları vahid standartların olmaması və cihazların tərkibində şəffaflığın olmaması səbəbindən təhlükəli ola bilər.

"Biz bu batareyaların içərisində dəqiq nə olduğunu bilmirik - hər şey kommersiya sirrinin təsnifatı altında gizlənir".

Aysel

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://sfera.az
archiveBu xəbər 24 İyul 2025 00:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri