Təyyarədə edilən uğursuz zarafat başına bəla oldu
Olke.az saytına istinadən Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, sərnişin ağır çantanı baqaj rəfinə qaldırmaqda çətinlik çəkən təyyarə bələdçisinə kömək etmək qərarına gəlib. Lakin o, çantanı qaldırarkən ağır yük haqqında uyğunsuz zarafat edərək içində partlayıcı maddə ola biləcəyini deyib.
"Bu çantadakı qurğuşundur, yoxsa bomba?" - deyə soruşub.
Bu sual isə dərhal təhlükəsizlik tədbirlərinin yenidən işə düşməsinə səbəb olub.
"FlyArystan" aviaşirkəti dərhal Nəqliyyatda Polis Departamentinə müraciət edib. Sərnişin reysdən çıxarılıb, çanta isə yoxlanılıb.
Nəqliyyatda Polis Departamentinin məlumatında deyilir: "Yoxlama zamanı qadağan olunmuş əşyalar və ya partlayıcı maddələr təsbit edilməyib. Təxliyə həyata keçirilməyib, hava limanı öz işini ştat rejimində davam etdirib. Qanunsuz hərəkətə yol verən şəxs xırda xuliqanlıq maddəsi üzrə məsuliyyətə cəlb olunub. Toplanmış materiallar müvafiq qərarın qəbul edilməsi üçün məhkəməyə göndəriləcək".
Qazaxıstan hüquq-mühafizə orqanları vətəndaşları cinayət məsuliyyəti yarada biləcək bu cür zarafatlardan çəkinməyə çağırıb.
Elvin
Ölkə.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 04 Sentyabr 2026 04:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















