“Təyyarədə telefondan istifadə etməyə icazə vermirlər” azarkeş Juninyodan nə gözləyir?
Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Məlum olduğu kimi, Juninyo bazar ertəsindən Brazilyadadı. O, bir neçə dəqiqə əvvəl “Flamenqo” ilə müqavilə imzaladı.
Juninyo getsə də, “Qarabağ”, bu komandanın azarkeşləri ilə bağlı vida mesajı yazmayıb. Bəs “İmarət” ondan minnətdarlıq gözləyirmi? “Football-plus.az”ın sualını “İmarət”in rəhbərlərindən Elnur Quliyev cavabladı:
“Juninyonun yolu açıq olsun. Azərbaycan futbolu, “Qarabağ” üçün böyük piar oldu. “Flamenqo”nu araşdırdım və gördüm ki, çox böyük büdcəsi var. Yaxşı komandaya gedib. Bəlkə də “Sevilya”ya getsəydi, daha yaxşı olardı. Vida məktubu göndərsə də, sağ olsun, göndərməsə də. İnşallah, göndərər və daha yaxşı olar. Neçə zamandı transfer söhbəti gedirdi. Yəqin vaxt tapmayıb. Çünki məsafədə uzundu. Təyyarədə telefondan istifadə etməyə icazə vermirlər. Yəqin ki, vida mesajı yazar. “Qarabağ”dan kimlərsə gedir və onların yerini dolduranlar olur. Əsas odu ki, “Qarabağ”ın adı yaşasın”.
ƏSƏD SEYİDOV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 15 Yanvar 2025 23:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















