Icma.az
close
up
RU
Təyyarədəkilər Bakıda paradda iştirak edən F 16 texnikləri olub

Təyyarədəkilər Bakıda paradda iştirak edən F 16 texnikləri olub

Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.

Dünən Azərbaycandan Türkiyəyə istiqamətlənən, Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb.

Adalet.az APA-ya istinadən xəbər verir ki, təyyarə Gəncə hava limanına dünən eniş edib və 2 saat ərzində orda gözləmədə olub. Təyyarənin ekipajı hava gəmisinin göyərtəsini və hava limanının ərazisini tərk etməyib.

Təyyarədəki heyət noyabrın 8-də Bakıda keçirilən hərbi paradda iştirak edən Türkiyənin F-16 təyyarələrinə texniki xidmət göstərən şəxslər olub. Onlar təyyarəyə minməzdən əvvəl hava limanının təhlükəsizlik qaydalarına uyğun, ən xırda detallarına kimi bütün prosedurlardan və yoxlamadan keçiblər. Bu proses hava limanının təhlükəsizlik kameraları tərəfindən də qeydə alınıb.

"Təyyarənin içərisində heç bir partlayıcı maddə və ya qurğu olmayıb, yalnız F-16 təyyarələrinin ehtiyat hissələri olub", - deyə mənbə bildirib.

Əldə edilən məlumata görə, qəzaya uğramış təyyarə uzun müddətdir istismardadır. Təyyarə sonuncu dəfə 2020-ci ildə əsaslı təmir olunub.

İlkin müşahidələr onu deməyə əsas verir ki, təyyarənin korpusunda hər hansı kənar təsir izi yoxdur. Məlumat üçün qeyd edək ki, Azərbaycana məxsus Embrayer-190 təyyarəsi ötən il dekabrın 25-də qəzaya uğradıqdan sonra ilk baxış təyyarənin fyuzelyajında kənar təsir nəticəsində əmələ gəlmiş çoxsaylı deşiklərin olduğunu aydın göstərmişdi. Bu da təyyarənin vurulması versiyasının əsas kimi götürülməsinə səbəb olmuşdu.

"Buna görə də C-130-un korpusunda kənar təsir elementlərinin olmaması onun vurulma ehtimalını istisna edir. Hətta təyyarənin içərisində partlayıcı maddə və ya qurğunun olması və partlaması ehtimalını götürsək belə, qəzaya uğramış təyyarənin korpusunda mütləq şəkildə partlayışın izləri olmalıydı", - deyə mənbə qeyd edib.

Beləliklə, ilkin araşdırmalar iki versiyanın üzərində fokuslaşmaq üçün əsas yaradır. Birincisi, təyyarə uzun müddətdir istismarda olduğuna görə, onun korpusunda korroziya yarana bilərdi ki, bu da havada yüksək təzyiq altında təyyarənin qəzaya uğraması üçün ciddi əsasdır. Qeyd edək ki, 1990-cı illərdə ABŞ Silahlı Qüvvələrinə məxsus "Herkules" təyyarəsi məhz bu səbəbdən qəzaya uğramışdı.

İkinci versiya isə ondan ibarətdir ki, yük təyyarələrində daşımalar həyata keçirilən yük müvafiq tələblərə uyğun olaraq möhkəm bərkidilir. Bu tələbin yerinə yetirilməməsi turbilentlik və ya başqa təsirdən yükün yerindən oynaması və daxildə ciddi fəsadlar yaratmasına gətirib çıxarır ki, bu da qəza üçün tam yetərli səbəbdir.

Bütün bunlar hazırda sosial mediada səslənən bəzi konspiroloji iddiaların əsassız olduğunu göstərir. Əslində, bunun üçün heç əsas da yoxdur, çünki təyyarənin qara qutusu qəzanın törəmə səbəblərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, Gürcüstan hökuməti də bu məsələdə həssaslıq nümayiş etdirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://adalet.az
archiveBu xəbər 12 Noyabr 2025 07:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri