Icma.az
close
up
RU
Təyyarələri korluğa məhkum edən lənətə gəlmiş müharibədir

Təyyarələri korluğa məhkum edən lənətə gəlmiş müharibədir

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Qəzadan xilas olan sərnişinlərin silahlı yaraları, istintaqın ilkin nəticələri və informasiya vasitələrinə düşən sübutlar təyyarənin Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu, radioelektron sistemlərin söndürüldüyünü və hava gəmisinin ölümə məhkum edildiyini göstərir.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentuin bugünkü iclasında çıxışı zamnı bilidirib.

O qeyd edib ki, bunun üçün ölkəmiz günahkar olan hər bir şəxsin cəzalandırılmasını, Moskanın üzrxahlıq etməsini, təzminat ödəməsini istəyirdi.:

"Əks halda hər keçən gün müttəfiqliyə zərbə, tarixi qarşıdırma və fitnəkarlıq tərəfdarlarının xeyrinə işləyirdi. Nəhayət, Rusiya rəhbərliyinin rəsmən üzr istəməsi təyyarənin vurulmasını Bakı-Moskva arasında diplomatik krizə, siyasi qəzaya çevirmək istəyənlərin qarşısını aldı. 

Qlobal medianın manşetinə daşınan tezis- “necə olur, böyük dövlət rəhbərlərini saymayan, kollektiv Qərb və onların rəhbərləri ilə savaş aparan Putin prezident İlham Əliyevin siyasi iradəsi ilə hesablaşır” sualının tək bir cavabı var - Azərbaycan dövlət başçısı heç bir gizli xəyanət layihələrində iştirak etmir, mərd və etibarlıdır, regionu və ölkəmizi qlobal savaşlara qatmır, xalqımızın mənafeyini güzəştsiz və prinsipial  qoruyur.

Son 200 ildə Rusiya rəhbərləri qarşısında zəif görünən xanlar, cümhuriyyət rəhbərləri və sovet başçıları ilə müqayisədə İlham Əliyev fərqli liderlik nümunələri yaradır, kiçik ölkə komplekslərini aradan qaldırır, şəxsiyyət miqyası ilə millətimizi böyüdür. Son 2 əsrdə iki ölkə - Azərbaycan-Rusiya münasibətləri heç vaxt indiki qədər bərabərhüquqlu olmayıb. 

Sükanı sona qədər canı ilə qoruyan və  67 nəfərə qəsdi 29 insanın xilası ilə ifşa edən qəhrəman pilotların, “kəməri bağlayın və  yaxşı olacaq”, çağırışını milli şüara çevirən Hökumə Əliyevanın göylərdəki hünərini Qarabağ səmasında canını qurban verənlərlə bir mərtəbədə tuturuq.

Lakin xalqımız bilməlidir ki, qələbəmizə görə bizi cəzalandırmağa qalxanlar indi təyyarə qəzasının arxasında ölkəmizə baş sağlığı verənlərin içində gizləniblər. Azərbaycanın boyundan yuxarı, ambisiyalı və açıq siyasi kurs yürütdüyünü bəhanə edib vurmaq istəyənlər, 2020-ci ildə dövlətimizi Qarabağda Rusiya, İran və beynəlmiləl ordularla toqquşdurmağa çalışanlar təyyarə faciəsinə görə ölkəmizi qarşıdurmaya çəkənlərlə eyni qüvvələrdir.

Hadisənin qlobal rezonansı bizi qəza və Qəzza zolağında, daima matəmdə saxlamaq, xalqımızı qalibiyyət yolundan və sabaha inamdan döndərmək niyyətini də üzə çıxardı.

Gəlin, soyuqqanlı təhlil edək-əgər Rusiyanın hava məkanı uçuşlar üçün təhlükəlidirsə, hökumət mütləq müvafiq qərar qəbul edəcək. Lakin Azərbaycan dövləti atdığı addımları xaos yayan sosial şəbəkələrin, xaricdən idarə olunan terror mediasının və işğal partiyasının basqısı, isterik çağırışları ilə deyil, məhz milli mənafelər əsasında verir. Qəzaya səbəb kimi sərhəddin bağlı olmasını göstərənlər, heç olmasa indi Azərbaycan dövlətinin xalqımızı hansı təhlükələrdən qorumaq üçün antisosial və antihumanist görünən, lakin məhz milli təhlükəsizliyimizi təmin etmək üçün Rusiya-Ukrayna müharibəsindən qorunan məcburi qərarını anlayırmı? Qarabağda qalib gələn dövləti istənilən beynəlxalq toqquşmaya çəkməyə çalışanların məqsədi Azərbaycanı məğlub edib  hakimiyyət dəyişikliyinə zəmin hazırlamaqdır”,- o deyib.

“Qəzadan qazanc götürmək məqsədi güdənlər Xocalı faciəsindən yararlanıb hakimiyyəti zəbt edənlərdir. Yerə çırpılan gəmini tikanlı məftillərin üstündə karikatura edərək yayanlar xarici agenturanın siyasi  məhbəsindədilər. Sərnişinlərinin sosial statusunu-kasıb və işləmək üçün gedənlər olduğunu qabardıb dövlətin sosial siyasətini linç etməyə qalxanlar həlak olanların birinin dəfn mərasiminə qatılıb ailələrinə mənəvi-maddi yardım etməyiblər. Ölənlərin coğrafi mənsubiyyətini-Balakən və Qusardan olmalarını istismar edib milli-etnik toqquşma çıxarmaq istəyənlər unudur ki, Şəhidlər Xiyabanı milli birliyimizin  müqəddəs ünvanıdır.

Bizim aviaqəza üzərindən bir-biri ilə savaş aparanlar ölkəmizi barış üçün axtarsınlar, prezidentin sülh çağırışına nəhayət, müsbət cavab versinlər. Malayziya təyyarəsi ilə bağlı yaşananları informasiya məkanında ölkəmizə qarşı səhnələşdirmək keçərli ola bilməz.

Əgər məndən soruşsaydılar, qəzaya ən böyük səbəb nədir-cinayətkarları cəzalandırmaq şərtilə tərəddüdsüz deyərdim - radiusu hər gün genişlənən və gəlib Şimali Qafqaza çatan Rusiya-Ukrayna müharibəsi. Yoxsa, bütün ölkələrin mütləq bir təyyarəsi vurulmalıdır ki, hamı müharibəni lənətləyib onu durdurmağa çağırsın!

Heç olmasa indi onlayn platformalarda gündəlik kütləvi ölümləri izləyənlərədən tələb edirik, qəza sizin də qapınızı döyəcək və hələ ki, gec deyil, nüvə partlayışı olmamış  savaşı durdurun! Bütün regionu zəhərləyən, coğrafiyası genişlənən müharibənin dayandırılması üçün BMT-yə çağrış edirik, təyyarələri korluğa məhkum edən lənətə gəlmiş müharibədir. Rusiyanın, hətta müəyyən qədər İranın, Türkiyənin fəal şəkildə savaş tərəfinə çevrilməsi nəinki hava, bütün nəqliyyat növlərini və xalqları qəzaya məhkum edib. Hər gün dənizlərdə, tranzit  və dəmir yollarında, o cümlədən, hava məkanında minlərlə dron hücumlarının, terror aktlarının şahidi oluruq. Əlbəttə, bir daha qeyd edək ki, təyarəmizin enişinə icazə verməyən qüvvələrin heç bir halda yalnız müharibə amili ilə cinayətlərinə haqq qazandırması yolverilməzdir. 

Yekunda xüsusi qeyd edək ki, qalibiyyət  hissimizin özünə yenicə dərin köklər yaratdığı bir şəraitdə 30 illik işğalın faciə və qan yaddaşı, travmaları hər növbəti itkilər zamanı dərhal oyanır, səfərbərlik və həmrəylik yaradır. 

Xalqımız son 35 ildə çoxsaylı metro, vertolyot, avtobus və işğalın bütün növ qəzalarından keçib. Azərbaycan müharibədən qalib çıxıb. Ona görə də qəza milli və dövləti hüzn doğursa da ictimai bədbinliyə, inamsızlığa yol aça bilməz”, - komitə sədri əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Dekabr 2024 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see403

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see386

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see336

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see299

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see299

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see291

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see257

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see249

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see230

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see223

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see209

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see179

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see170

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see148

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see139

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see139

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see133

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see133

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see131

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri