Təyyarələrin uçuşa yararlılığına belə nəzarət ediləcək
Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Mülki hava gəmilərinin və onların komponentlərinin uçuşa yararlılığının saxlanılmasını idarə edən təşkilatların sertifikatlaşdırılması Qaydası təsdiq edilib.
Globalinfo.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, Mülki hava gəmilərinin və onların komponentlərinin uçuşa yararlılığının saxlanılmasını idarə etmək üçün fəaliyyətin həyata keçirmək hüququnu təsdiq edən sənəd təsdiq sertifikatıdır. Mülki hava gəmilərinin və onların komponentlərinin uçuşa yararlılığının saxlanılmasını idarə edən təşkilatlar öz fəaliyyətlərini təsdiq sertifikatı əsasında həyata keçirir.
Hər təşkilatın bir təsdiq sertifikatı ola bilər.
Təşkilatların fəaliyyətinə nəzarət Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən həyata keçirilir.
Təşkilat öz idarəetmə sistemi çərçivəsində sistematik prosesini özündə ehtiva edən məcburi və könüllü hesabatların daxil olduğu hadisələrin hesabat sisteminə malik olmalıdır.
Təşkilat Agentliyə, Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə Daimi Komissiyaya, habelə hava gəmilərinin və ya onların komponentlərinin dizayn təşkilatına, hava gəmisinə, onun sərnişinlərinə və ya hər hansı digər şəxsə təhlükə yaradan, yaxud aradan qaldırılmasa təhlükə yarada biləcək, xüsusən də hər hansı aviasiya hadisəsi və ya ciddi insidentlə nəticələnə biləcək hallar barədə hesabat göndərməlidir.
Təşkilat öz fəaliyyəti ilə əlaqədar təhlükə amilləri və risklər nəzərə alınmaqla təşkilatın fəaliyyət dairəsinə uyğun idarəetmə sisteminə malik olmalıdır. İdarəetmə sistemi uyğunluğun monitorinqi və uçuşların təhlükəsizliyinin idarə edilməsi funksiyalarını özündə ehtiva edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 25 Fevral 2025 20:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















