Icma.az
close
up
RU
Təyyarəmiz vurulan an Putin nə edib? Detallar

Təyyarəmiz vurulan an Putin nə edib? Detallar

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin Aktauda qəzaya uğramasının detalları məlum olub. Təyyarə Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. Eyni zamanda, radioelektron mübarizə sistemi təyyarənin elektron sistemini sıradan çıxarıb.

Rusiyanın qəsdən AZAL-a məxsus sərnişin təyyarəsini vurduğunu düşünmürəm. Düzdür, Rusiya bir çox hallarda beynəlxalq hüququ kobud şəkildə pozub, lakin Azərbaycanla münasibətləri gərginləşdirmək Kremlə heç bir müsbət divident vermir. Əksinə Azərbaycan neytral ölkədir və Qərb ilə Rusiya arasında balans siyasəti həyata keçirir. Bundan başqa, Bakı Moskvaya qarşı Qərbin sanksiyalarına qoşulmadığı kimi, Ukrayna ərazilərinin işğal edildiyini də açıq şəkildə deyir.

Təyyarəmizin vurulma faktının Rusiya rəhbərliyinə ilk anlardan deyilmədiyi hiss olunur. Çünki hadisə baş verəndə Rusiya prezidenti MDB liderlərinin Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammitinə hazırlaşırdı. Putin son illərdə MDB sammitlərinə xüsusi diqqət ayırır və çətin ki, sammitin gedişatına xələl gətirəcək bir əmr versin.

Bununla belə, Rusiyanın xoşagəlməz addımları da var. Təyyarənin Qroznı, Mahaçqala və Minvod aeroportlarına enişinə icazə verilməməsi, Aktau hava limanına yönləndirilməsi ilk diqqətçəkən məqamdır. Bu, bir daha iz itirmə versiyasını gündəmə gətirir. Daha dəqiq desək, hadisədə günahkar olanlar bunu edib cəzadan yayınmağa çalışıb.

Rusiya mediasının vurulma faktını təkzib etmək və ya məsuliyyəti Ukraynanın üzərinə qoymaq üçün göstərdiyi canfəşanlıq da məsələnin Rusiya rəhbərliyinə məruzəsindən sonra öz maraqları istiqamətində manipulyasiya etmək cəhdini göstərir.

İndiki məqamda cavabsız suallar var:

Rusiya Azərbaycandan üzr istəyəcək? Azərbaycanın Rusiya ilə münasibətləri pisləşəcək?

Faktiki olaraq təyyarəmiz Aktau sahilinə qədər uça bilib və “qara qutu” tapılıb. Yəni Rusiya məsələdən yayına bilməz. Bununla belə, Kremlin səssizliyi diqqət çəkir. Əgər bu sükut davam edərsə, Bakı Moskvaya nota verə bilər. Rusiya üzr istəməli, yaralılara, həyatını itirənlərə təzminat ödəməli, hadisədə əli olanları məsuliyyətə cəlb etməlidir. Əgər bunu etməsə, iki ölkənin münasibətləri zərər görə bilər.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 Dekabr 2024 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see330

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see320

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see312

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see304

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see299

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see290

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see282

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see271

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see266

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see262

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see248

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see228

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see226

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see216

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see216

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see206

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see193

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see174

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri