Təyyarəmizi Qazaxıstan vurubmuş Samir Vəliyev özünü rüsvay etdi
Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yekaterinburq şəhərində azərbaycanlılara qarşı baş verən zorakılığa Azərbaycan ictimaiyyətinin etirazına millət vəkili Samir Vəliyev də qoşulub.
Bakupost.az xəbər verir ki, mediaya tirajlanan açıqlamasında Samir Vəliyev şablondan, standart cümlə və fikirlərdən qətiyyən kənara çıxmır, artıq 3 gündür deyilən sözləri-ittihamları təkrarlayır. Yalnız bir neçə yerdə S.Vəliyev öz geopolitik və siyasi müdrikliyinin “epogeyini” nümayiş etdirir.
Bunlardan biri də AZAL təyyarəsi ilə bağlı Rusiyanın üzr istəməməsi haqda standart ittihamın səsləndirilməsi zamanı baş verir. S.Vəliyev deyir: “AZAL-a məxsus Bakı-Qroznı sərnişin təyyarəsinin Aktau yaxınlığında vurulması və bu hadisəyə görə Rusiya tərəfinin nə üzr istəməsi, nə də məsuliyyət daşımağa meylli olmaması da vəziyyətin başqa bir dramatik tərəfidir”.
AZAL-a məxsus sərnişin təyyarəsi Aktau yaxınlığında vurulubsa, demək, sərnişin təyyarəmizi vuran Qazaxıstandır! S.Vəliyevin yaxınlığında, böyür-başında bir adam yoxdurmu hörmətli millət vəkilimizə başa salsın ki, AZAL təyyarəsi Aktauda vurulmayıb, Aktauda qəzaya uğrayıb, səbəb isə odur ki, Qroznı səmasında vurulub!
Hələ cümlənin “erməni budaq cümləsi” olmasını bir yana qoyaq...
Samir Vəliyevin informasiya almaq imkanları da məhduddur, deyəsən! Deyir: “İyunun 27-də Yekaterinburqda Azərbaycan əsilli şəxslərə qarşı həyata keçirilmiş genişmiqyaslı polis əməliyyatı nəticəsində beş azərbaycanlının öldürülməsi, digərlərinin ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi və onlarla şəxsin döyülməsi bu tendensiyanın bariz nümunəsidir...”
Əvvəla, 5 deyil, iki azərbaycanlı öldürülüb; ikincisi, “digərlərinin ağır xəsarətlərlə xəstəxanalara yerləşdirilməsi və onlarla şəxsin döyülməsi” nə deməkdir? “Digərləri” – hansı ümumi sayın “digəridir” və hansı sayı ehtiva edir? Xəstəxanaya yerləşdirilənlər döyülməyənlərdir? Amma döyülənlər “onlarla şəxsdir”?
Ümid edək ki, Rusiyada Samir Vəliyevi oxumayacaqlar, yoxsa...
Aygün,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 30 İyun 2025 14:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















