Icma.az
close
up
RU
“Təyyarəmizi vuranlar cəzalarını almayınca hansısa nəticədən danışmaq mənasızdır...”

“Təyyarəmizi vuranlar cəzalarını almayınca hansısa nəticədən danışmaq mənasızdır...”

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya prezidenti Putin öncədən çalışırdı ki, bu məsələnin üzərindən keçilsin, yəni məsələ arxa plana atılsın, unudulsun, buna ötən bir səhifə kimi baxılsın, Azərbaycan tərəfi bunun üzərinə gəlməsin...”

Bu gün – dekabrın 25-də AZAL-a məxsus mülki təyyarəmizin Qroznı üzərində vurulmasından bir il ötür. Təəssüf ki, Rusiya tərəfi, o cümlədən prezident Vladimir Putin faciə ilə bağlı sonuncu dəfə oktyabr ayında Düşənbədə verdiyi vədləri hələ də yerinə yetirməyib...

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında AzVP sədri Akif Nağı bunları söyləyib:

“Bu faciəli məsələyə dair iki ən vacib məqamı vurğulamaq lazımdır. Birincisi, bu cinayətin kim tərəfindən sifariş edildiyi, ikincisi isə cinayəti kimlərin həyata keçirdiyi, icra etdiyi. Son bir il ərzində bu suallar hamını düşündürüb, hər kəsi narahat edib. Yerdə qalan məsələlər ola bilər, olmaya da bilər, amma bu iki məsələ çox vacibdir. Azərbaycanla Rusiya arasında bu məsələ ötən dövr ərzində daim gündəmdə olub. Bütün təmas cəhdlərində, Azərbaycan-Rusiya münasibətlərinin yaxşılaşdırılması cəhdlərində də bu məsələ mərkəzi mövzu kimi dayanıb...

Azərbaycan və Rusiya prezidentləri arasında keçirilən görüşlərdə, ən azından mimikalardan, hər iki tərəfin dediklərindən görünürdü ki, bu məsələyə yanaşma fərqlidir. Rusiya prezidenti Putin öncədən çalışırdı ki, bu məsələnin üzərindən keçilsin, yəni məsələ arxa plana atılsın, unudulsun, buna ötən bir səhifə kimi baxılsın, Azərbaycan tərəfi bunun üzərinə gəlməsin.  Rusiyanın mövqeyi budur və Putin öz mimika və davranışları ilə də bu mövqeyi açıqlayır. Azərbaycan Prezidenti isə heç bir halda bu məsələyə göz yummur, onun üzərindən keçilməsinə razılaşmırdı və razılaşmır. Bir sözlə, Azərbaycan rəhbəri çox sərt mövqedədir. Bu məsələyə ciddi yanaşır və heç bir halda onun üzərindən keçməyə imkan vermir... 

Prezidentin ad günü münasibətilə Putinin son telefon zəngi və yazılı təbrik göndərməsi və həmin təbrikin mətni münasibətlərin bərpası üçün bir cəhd kimi qiymətləndirilməlidir. Təbrikdə işlədilən ifadələrdən də görünür ki, Rusiya lideri elə mövqe nümayiş etdirir ki, sanki heç təyyarə faciəsi-filan olmayıb və tərəflər sanki heç nə olmamış kimi davranmalıdırlar. Bax, Rusiya rəhbəri belə bir mövqe nümayiş etdirir. Amma Azərbaycan lideri yəqin ki, tam şəkildə öz mövqeyindən geri çəkilməyəcək. Çünki son bir il ərzində Moskva tərəfindən gözlənilən cavablar olmadı və uyğun cavablar verilmədiyi müddətcə iki dövlət arasında münasibətlərin tam şəkildə düzəlməsi çətin görünür...

Bu məsələ Azərbaycan dövlət başçısı tərəfindən açıq şəkildə ortadadır, lakin hələ həll olunmayıb və gələcəkdə hansı istiqamətdə irəliləyəcəyi də hələ məlum deyil.

Eyni zamanda, bu qəza nəticəsində həlak olanların yaxınları da açıqlamalar veriblər. Onların ən böyük narahatlığı, tələbi odur ki, günahkarlar cəzalandırılsın. Onlar yalnız bununla təskinlik tapacaqlarını bildirirlər.

Hər kəs, öz yaxınlarının itkisinin acısını yaşayır və bu məsələni dilə gətirir. Başqa bir şey onları maraqlandırmır. Onlar yalnız istəyirlər ki, bu qan yerdə qalmasın, bu cinayəti törədənlər cəzalandırılsın. Odur ki,  Azərbaycan rəhbərliyinin, həm də cəmiyyətin fikri də belədir: Həlak olanların yaxınları ilə həmrəyik. Xalq da eyni fikirdədir və bu cinayəti törədənlər cəzalarını almalıdırlar. Bu səbəbdən də, nə qədər ki, sərnişin təyyarəmizi vuranlar cəzalarını almayıblar, hər hansı nəticədən danışmaq mənasızdır...”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 Dekabr 2025 21:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri