Icma.az
close
up
RU
Təyyarənin ən təhlükəsiz yeri quyruğudur

Təyyarənin ən təhlükəsiz yeri quyruğudur

Tanınmış şairə Nazilə Səfərli dünən baş verən təyyarə qəzası ilə bağlı "İnstagram" hesabında paylaşım edib.

Şairə öz paylaşımında təyyarə səyahətlərində təhlükəsizliyə dair maraqlı  məqama diqqət çəkib:

"Təyyarəyə minməkdə olan insanların 90%-i ön sıralarda oturmaq istəyir, biznes-klass üçün böyük pullar xərcləyir, halbuki təyyarənin ən təhlükəsiz yeri quyruğudur. Ümid edirəm, bu gün baş vermiş faciədə hər kəs özünə bir dərs çıxaracaq. Dönüşü olmayan təyyarədə ölənlərə Allahdan rəhmət diləyirəm. Şəhid pilotlarımıza həmçinin şəhid təyyarə bələdçimizə sonsuza qədər minnətdarıq. Onlar qəhrəmandırlar. Başımız sağ olsun".

Nazilə Səfərli hadisəni böyük üzüntü ilə qarşıladığını ifadə edib və qəza nəticəsində həyatını itirənlərə rəhmət, onların yaxınlarına isə səbir diləyib.(Yenisabah.az)

seeBaxış sayı:85
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri