Icma.az
close
up
RU
Təyyarənin içində hansısa hadisə və kənar müdaxilə Türkiyəli hərbi ekspertdən SENSASİON AÇIQLAMA

Təyyarənin içində hansısa hadisə və kənar müdaxilə Türkiyəli hərbi ekspertdən SENSASİON AÇIQLAMA

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

“C-130 hərbi nəqliyyat təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğramasının iki əsas səbəbi ola bilər. Bunlardan birinci hadisənin anidən baş verməsi, ikincisi xarici müdaxilədir”.

“Yeni Sabah” xəbər verir ki, bunu türkiyəli hərbi ekspert İbrahim Keleş deyib.

Ekspert qeyd edib ki, təyyarənin qəzaya uğraması forması adi texniki nasazlıq və ya hava şəraiti səbəbindən yaranan qəzaya bənzəmir. Onun sözlərinə görə, təyyarə havada olarkən quyruq hissəsindən zərbə alıb və ya başqa səbəbdən ciddi zədələnib: “Quyruğu qopmuşdu və fırlanaraq düşürdü…”

Yerli sakinlərin çəkdiyi görüntüləri təhlil edən İ.Keleş təyyarənin quyruq hissəsinin qopduğunu və idarəetməni tam itirərək dik bucaq altında, fırlana-fırlana yerə düşdüyünü bildirib. O vurğulayıb ki, bu vəziyyət normal pərvaz etmək və ya fövqəladə eniş cəhdi kimi görünmür.

Hərbi ekspert baş verənlərin iki əsas amilə əsasən qiymətləndirilə biləcəyini deyib: “Ya təyyarə daxildən təxribat nəticəsində zədələnib, ya da xaricdən hava müdafiə sistemi vasitəsilə hücuma məruz qalıb”.

İ.Keleş əlavə edib ki, pilotların qəza öncəsi heç bir təcili siqnal ötürməyə macal tapmadan rabitə əlaqəsinin kəsilməsi hadisənin qəfildən  baş verdiyini göstərir.

Onun sözlərinə görə, təyyarənin düşmə anı və hərəkət trayektoriyası, adi texniki nasazlıqdan çox, xaricdən yönəlmiş təsirin nəticəsinə bənzəyir.

Qeyd edək ki, Türkiyənin Hərbi Hava Qüvvələrinə məxsus C-130 hərbi nəqliyyat təyyarəsi noyabrın 11-də Azərbaycandan qayıdarkən Gürcüstan ərazisində qəzaya uğrayıb. Nəticədə göyərtədə olan 20 hərbçi həlak olub.

Əsmətxanım Rzazadə


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 12 Noyabr 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see282

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see264

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see262

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see247

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see241

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see241

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see240

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see237

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see231

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see226

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see225

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see213

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see211

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see208

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see208

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see202

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see201

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see195

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri