Icma.az
close
up
RU
Təyyarənin necə vurulduğu ortaya çıxır: Moskva Astanaya hədəfi onlardan uzaqlaşdırmağı söyləyə bilər

Təyyarənin necə vurulduğu ortaya çıxır: Moskva Astanaya hədəfi onlardan uzaqlaşdırmağı söyləyə bilər

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Qazaxıstan Nəqliyyat Nazirliyi Aktau hava limanı yaxınlığında “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus "Embraer-190" təyyarəsinin qəzaya uğramasının səbəblərinə dair ilkin hesabatı dərc edib.Hesabat nazirliyin rəsmi saytında yerləşdirilib.Hesabatda qəza sonrası əldə edilən məlumatlar, o cümlədən uçuş qeydiyyatçılarının (“qara qutuların”) təhlili əsasında ekspertlərin ilkin nəticələri yer alıb. Eyni zamanda qeyd olunub ki, istintaq Komissiyası hava gəmisinin konstruksiya zədələrinin ətraflı müayinəsini davam etdirir. İlkin yoxlamalar zamanı füzelyajın arxa hissəsində, şaquli və üfüqi stabilizatorlarda, sükan və istiqamət sükanlarında müxtəlif ölçü və formalı çoxsaylı deşik və deşiksiz zədələr aşkar edilib. Oxşar zədələr hava gəmisinin sol mühərriki, sol qanadı, eləcə də digər aqreqat və komponentlərində də müəyyən olunub. Bəzi zədələrin düzgün düzbucaqlı formaya malik olduğu qeyd edilir.

Ekspertlər qeyd ediblər ki, təyyarədəki deşik zədələri xarici obyektlərin hava gəmisinin konstruksiyasına daxil olmasını göstərir. Bundan əlavə, Komissiya Braziliya, Azərbaycan və Qazaxıstan hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə əlavə məhkəmə ekspertizası üçün zədələrdə qala biləcək kənar obyektlərin çıxarılması üzrə tədbirlər həyata keçirib. Nəticədə, deşiklərdən çox sayda kənar obyekt çıxarılıb, hesabatda qeyd olunub. Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.


Siyasi  şərhçi Kənan Novruzov ''Sherg.az''a bildirib ki, hesabatda diqqət çəkən iki məqam  mövcuddur:  


''Birincisi, təyyarənin quş dəstələriylə toqquşma ehtimalının istisna edilməsinin əlamətləri yoxdur. Bu hadisənin ilk vaxtlarında bəzi qüvvələrin, o cümlədən Rusiyanın yaratmaq istədiyi ictimai rəyin əksini sübut  edir. Həmin vaxt Rusiya hər kəsi təyyarənin quş dəstəsiylə toqquşduğuna inandırmağa çalışırdı. Ancaq Azərbaycan qətiyyətli mövqe ortaya qoydu və obyektiv araşdırma tələb etdi. Obyektiv araşdırma nəticəsində isə bu ehtimal istisna olunur. Digər diqqət çəkən məqam isə təyyarə üzərində deşik izlərinin olmasıdır. Əgər təyyarə quş dəstəsiylə toqquşsa idi, onun üzərində deşiklər olmazdı. İlkin araşdırma nəticəsində bəlli olur ki, təyyarə kənardan müdaxilə nəticəsində qəzaya uğrayıb. Düşünürəm ki, araşdırma davam etdikcə təyyarənin necə vurulduğu ortaya çıxacaq. Rusiya yaxın günlərdə ilkin hesabata münasibət bildirəcək. Çox güman ki, rəsmi Moskva ciddi bir şey söyləməyəcək. Lakin Rusiyanın pərdə arxasında Qazaxıstana təzyiq göstərməsi mümkündür. Yəni Rusiya rəsmi Astanaya hədəfi onlardan uzaqlaşdırmağı söyləyə bilər. Amma Qazaxıstanın bu məsələyə Rusiyanın diqtəsi ilə yanaşacağını hesab etmirəm. Qazaxıstan Rusiya ilə əlaqələri yüksək səviyyədə olan  ölkə olaraq rəsmi Bakının mövqeyini qoruyacaq.  Bu hadisələr fonunda Rusiya və Qazaxıstan münasibətlərində müəyyən ziddiyyətlərin yaranma ehtimalı var''.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Fevral 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri