Icma.az
close
up
RU
Tez ödə, canını qurtar!

Tez ödə, canını qurtar!

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ödənməyən cərimənin üzərinə əlavə məbləğ gələcək


Bəzi sürücülər cəriməni ödəməzsə, bir müddət sonra silinəcəyini düşünürlər, amma bu, yanlışdır


  Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları narkotik vasitənin təsiri altında sükan arxasına əyləşən sürücünü ifşa edib. Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında bildirilib. Qeyd olunub ki, Lənkəran rayon sakini Fuad Salayev Ələt-Astara yolunun Səpnəkəran kəndinin ərazisindən keçən hissəsində “VAZ” markalı avtomobillə hərəkətdə olarkən 7 min manata yaxın ödənilməmiş cəriməsi olduğu üçün saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib. Müayinə zamanı Fuad Salayevin avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən olunub və barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 20 gün müddətində inzibati qaydada həbs edilib.

  Nəqliyyat məsələləri üzrə mütəxəssis Eldəniz Cəfərov “Sherg,az"a açıqlamasında bildirdi ki, cərimə qərarı çıxarılıbsa, ödənməlidir. Burada müddət yoxdur: 


- Sürücü yol hərəkəti qaydasını pozubsa, protokol tərtib olunur. Yazılı və ya elektron qaydada. Sonra qayda pozuntusuna uyğun olaraq qərar qəbul olunur, hansı maddənin şamil edildiyi göstərilməklə müəyyən məbləğdə cərimə təyin edilir. Burada “Yol hərəkəti haqqında” qanun və İnzibati Xətalar Məcəlləsi əsas götürülür.  Amma qayda pozuntusu olub, lakin bununla bağlı qərar çıxarılmayıbsa, 2 aydan sonra qüvvədən düşmüş hesab edilir. 2 ay ərzində qərar çıxarılmalıdır.  Qərar varsa ödənməlidir. Burada konkret müddət yoxdur. 

Ekspert qeyd etdi ki, cərimələrin yığılıb qalması bir neçə səbəbdən baş verə bilər: 

- Belə hallar olur. Sürücü kənddə magistral yola çıxıb və hər hansı formada yol hərəkəti qaydasının pozub və ona  cərimə yazılıb. Bunu bilən sürücü avtomobilini uzun müddət  idarə etmir, qarajda, həyətində saxlayır, yaxud kənd içində idarə edir, magistral yola çıxmır.  Magistral yola çıxmadığından cərimənin ödənməsi tələb edilə bilmir, cərimə tətbiq edilmir, çünki xüsusi texniki vasitələr qeydiyyat apara bilmir. Bir müddət keçdikdən sonra sürücü cərimənin unudulduğunu fərz edir və magistral yola təkrar çıxır. Bu zaman avtomobil vasitəsi saxlandıqda cərimənin olduğu da müəyyən edilir və sürücü məsuliyyətə cəlb edilir.

  E.Cəfərov bildirdi ki, bəzi sürücülər cəriməni ödəməzsə, bir müddət sonra silinəcəyini düşünürlər, amma bu, yanlışdır: 

- İnsanlarda belə yanlış təsəvvür var ki, cəriməni bir müddət ödəməsə cərimə silinəcək. Belə şey yoxdur.  Cərimənin təyini ilə bağlı qərar çıxarılıbsa, ödənməlidir, ödənmədikcə, üzərinə əlavə məbləğ gəlir. Görünür, haqqında məlumat verilən vətəndaş da cəriməni uzun müddət ödəməyib, məbləğ də 7 minə çatıb. Sürücü təyin edilən cərimə ilə razılaşmaya da bilər. Bu halda vətəndaşın şikayət etmək hüququ var. Şikayət edəcək, məsələyə yenidən baxılacaq. Sürücü harada qayda pozuntusuna yol verib, hansı halda. Araşdırma nəticəsində cərimənin düzgün təyin edilmədiyi də müəyyənləşə bilər və ya əksinə. Belədə cərimənin əsaslı və ya əsassız  təyin edildiyi də aydınlaşacaq.  Amma cəriməni ödəməmək, vaxtı bilərəkdən uzatmaq, cərimənin silinməsinə deyil, üzərinə əlavə məbləğ gəlməsinə səbəb olur. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Noyabr 2024 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see421

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see364

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see281

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see268

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see263

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see248

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see242

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see240

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see229

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see221

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see220

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see218

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see216

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see201

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see200

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see194

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see193

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see190

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri