Icma.az
close
up
RU
Tez tez aldanmamaq üçün bunları etmək lazımdır

Tez tez aldanmamaq üçün bunları etmək lazımdır

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

"Bəzi insanlar qarşısındakına çox tez güvənir. Bir insanı yeni tanıyır, amma ona sanki illərlə birlikdə olubmuş kimi güvənir. Bu, xüsusilə emosional və empatik insanlarda daha çox görünür".

Bu barədə psixoloq Əbdül Səlimli BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, səmimi və yaxşı niyyətli insanlar çox vaxt qarşıdakının da eyni niyyətlə davrandığını zənn edirlər.

"Təəsüf ki bəzi insanlar özünü sübut etmə ehtiyacı hiss edir "məndən razı qalsınlar" düşüncəsi olan insanlar daha tez aldanır. Çünki qarşıdakının istəklərini yerinə yetirməyə çalışarkən manipulyasiyaya açıq olurlar.

"Yox" demək bacarığı zəif olanda insan istəməsə də razılaşır, buna görə də daha asan aldanır və istismar olunur", - deyə mütəxəssis bildirib.

Ekspert deyir ki, keçmişdə aldadılmış, xəyanət görmüş və bununla bağlı özünə inamı zədələnmiş insanlar yenidən eyni tələyə düşə bilirlər:

"Travma bəzən doğru insanı deyil, tanış gələn davranışı seçdirir. Tez-tez aldanmamaq üçün "Sərhəd"lər qoymağı öyrənmək vacibdir. Hər dəfə "hə" demək məcburiyyəti yoxdur. İnsan sərhəd qoyduqca daha az manipulasiya olunur.

Ağıllı etibar – tədricən qurulan etibardır. Bir insanın sözləri yox, davranışları zamanla güvən yaradır. Səmimiyyət gözəldir, amma "hər kəs mənim kimidir" fikri çox zaman xəyal qırıqlığı ilə nəticələnir.

Bəzən qarşımızdakı insan bizə yaxşı hisslər yaşadır deyə ona inanırıq, amma davranışlar və reallıq hisslərdən daha dəqiqdir".

Əbdül Səlimli bildirib ki, insan ilk öncə öz dəyərini bilməlidir:

"Heç kimin onu istifadə etməsinə icazə verməməlidir. Çünki sevgi, diqqət və qəbul almaq üçün özünü qurban vermək doğru deyil.

"Gaslighting", yalan vəd, emosional şantaj, Love bombing, həddindən artıq şirin davranışlar və.s bunlar istismarçıların tez-tez istifadə etdiyi metodlardır. Bunları tanıyan insan daha az aldadılır.

Tez-tez aldadılmaq zəiflik deyil, çox zaman empatiya, yaxşı niyyət və sərhədsizlik kimi xüsusiyyətlərin təsiridir. Doğru psixoloji sərhədlər və tədricən etibar insanın özünü daha sağlam şəkildə qorumasını təmin edir".

Ziya SƏCCAD

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:195
embedMənbə:https://baku.ws
archiveBu xəbər 11 Dekabr 2025 22:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see284

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see279

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see270

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see257

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see250

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see245

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see232

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see220

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see213

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see205

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see205

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see204

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see203

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see200

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see193

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see187

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see186

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see164

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see163

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri