Icma.az
close
up
RU
Tez tez ev dəyişmək: daha çox kim əziyyət çəkir...

Tez tez ev dəyişmək: daha çox kim əziyyət çəkir...

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ev nədir? Daş-kərpiclə tikilən, dörd divardan ibarət mənzildir. Lakin bu dörd divarın içərisində insanın başqa heç yerdə tapa bilməyəcəyi bir istilik var. Hara gedirsənsə, get, o istilik səni geri çağırır. Bu divarların arasında bir rahatlıq var. Başqa heç yerdə tapa bilməyəcəyin rahatlıq.

Ev hər bir insanın sığındığı “yuvadır”. Burada bir ailə də var. Bu ailə üzvlərinin hər biri üçün həmin dörd divarın arasından əziz, rahat bir məkan yoxdur. Odur ki, səhər çıxıb, axşam evə tələsirsən. Hansı bir iş, gəzinti, alış-veriş üçün gedirsənsə, dönəcəyin yer səni səsləyən evindir. Çünki səni orada isti ocağınla yanaşı, həm də ailən-həyat yoldaşın, övladların, onların şirin söhbəti, dörd divarın arasını dolduran şaqraq gülüşlər gözləyir. Bir-birinə sözünü açıq ürəklə deyən, məsləhətləşən bir ailə. Bir evin içərisinə sığınan, onu doğma yuvası bilən bir ailə...

Evlərini tez-tez dəyişənlərə...

Müasir dövrümüzdə evini tez-tez dəyişən insanlarla qarşılaşırıq. Onlar təbii ki, başqalarından fərqli-yəni bunu etməyə imkanı olanlardır. Hansı ki, adamlar var ki, bir ömür çalışır, lakin kirayələrdən qurtula bilmir. Ailələr var ki, övladını ev səbəbindən evləndirə bilmir. Çünki nə ev ala bilmir, nə də torpaq alıb ev tikmək imkanı yoxdur.

Lakin elələri də var ki, bəlkə də 5-10 evi var. Bu evləri isə tez-tez dəyişir. Başa düşüləndir ki, əksər insan yayı bağ evində, qışı başqa bir evində yaşayır. Söhbət bundan getmir. Yaylı-qışlı ev dəyişənlər var ki, bəlkə də il ərzində onu bir neçə ünvanda axtarmalı olursan.

Belə insanlar bəlkə də bizim yazımızı oxusalar, deyərlər ki, bircə bu işə qarışmağınız qalmışdı. Özümüz bilərik, hansı evə köçürük, hansı evdə yaşayırıq. Lakin biz onların tez-tez köçməsindən əsla narahat deyilik. Sadəcə tez-tez köçməyin heç də yaxşı olmayan tərəflərindən danışmaq istəyirik.

Baxmayaraq ki, köçmək heç də asan iş deyil, lakin bunu edən insanlar var, xüsusilə də kişilər. Bir evi alır, təmir etdirir, daha sonra başqa bir ev alır, o evə köçür, köhnəni baha qiymətə kirayə verir. Beləliklə, bir neçə ev dəyişməklə həyatına davam edir. Bəs bu tez-tez köçmələrin nə ilə nəticələndiyi barədə necə, fikirləşirmi?

Ev düşərli və düşərsiz olur

Hər birimiz həyatımızda dəfələrlə evin düşərli və ya düşərsiz olması qənaətinə gəlmişik. Ev var ki, köçən bir gündən hiss edirsən ki, ruzi-bərəkəti gündən-günə artır. Bu evdə tez-tez yeni, xoş hadisələr, xoşbəxt günlər yaşanır. Bütün bunlarla yanaşı, həm də evin yerləşmə səmti də var ki, evə günəşin düşməsini şərtləndirir. Bu cür evlər daha gözəl evlər hesab edilir. Çünki atalar da deyir ki, günəş düşən evə həkim girməz.

Belə bir evi insan qoyub necə yenisinə köçə bilər? Lakin köçənlər var. Nəyə görə köçürlər? Daha çox pul qazanmaq üçün. Axı dövrümüzdə ev biznesi ilə məşğul olanlar saysızdır. Bəs yeni evdə köhnə evdə olduğu kimi, bütün işlər yaxşı gedirmi? Qonşular necə, buradakılar kimi səmimi ola bilirmi?

Bütün bunlar haqqında danışacağıq. Lakin gəlin elə birinci köçdən danışaq. Etiraf edənlər çox olar ki, dünyada köçdən əziyyətli iş yoxdur. Kənardan nə qədər kömək olsa da, lakin ən zəhmətli iş evin qadınının üzərinə düşür. Yeni evi nizama salmaq, əşyaları yerləşdirmək, pal-paltarı dolaba yığmaq, qab-qacağın yerini müəyyən etmək günlərlə vaxt aparır. Belə isə tez-tez ev dəyişdirən kişilər görəsən qadınları düşünürmü? Yoxsa, həmin qadınlar kişilərin bu evdəyişmə sevdasından çoxdan bezib, sadəcə səslərini çıxarmırlar?

Evdəyişmədə ən çox zərbə alan uşaqlardır

Tez-tez evdəyişmədə ən çox sarsılan, əziyyət çəkən uşaqlardır. Valideynlər bu hobbiləri ilə uşaqlarına nə qədər psixoloji sarsıntı yaşatdıqlarının fərqinə varırmı? Bir neçə dəfə təsadüf etmişəm, yeni köçən ailələrin uşaqlarına. Onlar aylarla özlərinə gələ bilmirlər. Bir mühitdən başqa bir mühitə düşmək olduqca çətin olur. Axı onlar köhnə evlərində məhəllə uşaqlarını, dostlarını, sinif yoldaşlarını qoyub gedirlər. Valideynlərinin pul qazanmaq həvəsi onları dostlarından, doğma mühitdən ayırır. Və beləliklə, həmin uşaqlar aylarla, bəzən ildən artıq zaman kəsiyində özlərinə gələ bilmirlər. Maraqlıdır, görəsən, valideynlər bunu hiss edirmi? Uşaqların düşdüyü vəziyyət onları narahat edirmi? Bəlkə də hiss edirlər, lakin gəlir əldə etməyin şirinliyi, “əşi, uşaqdır, uyğunlaşar”, deyib keçməklə bitir.

Lakin bu tez-tez köçmələr uşaqlarımızın psixologiyası, sağlamlığı üçün təhlükəlidir. Bir sözlə, köçdə ən çox əziyyət çəkən uşaqlardır.

Qonşu həmişə yaxşı olmur

Gündəlik həyatımız üçün ən vacib şərtlərdən biri də qonşudur. Çünki qonşu yaxşı olmasa, insanın günü ah-vay ilə keçir. Baxmayaraq ki, şəhər yerlərində bir o qədər qonşuluq əlaqələri yoxdur, günlərlə qonşunu görən də olmur. Lakin yaxşı qonşu ilə hər zaman qarşılaşmaq da olmur.

Məsələn, qonşular var ki, tullantıları evindən çıxarıb, aparıb atmaq əvəzinə, saatlarla, günlərlə qapısının ağzına qoyur. Sən də bununla qarşılaşdığın üçün narahat olursan. Deyirsən, yenə də mənası olmur. Qonşu var ki, yuxarıda elə bir həngamə çıxarır ki, az qalır çilçıraq yerindən qopub aşağı yuvarlansın. Gedib deyirsən, 1-2 saatdan sonra yenə həmin həmindir. Qonşu var ki, televizora elə səs verir ki, öz evində rahatlıq tapa bilmirsən. Qonşu var ki, evini kirayə verdiyi adamlar elə hərəkətlər edir ki, ta evindən köçəcək olursan.

Lakin qonşu da var ki, illərlə qonşu olursan, evindən nə bir artıq səs gəldiyini eşidir, nə onunla bir problem yaşayırsan. Hələ get-gəlin də olur. Qarşıda bu münasibətlər qohumluq əlaqələrinə də çevrilir. Özünə yaxın dost, rəfiqə qazanırsan.

Beləliklə, qonşu münasibətləri heç də asan məsələ deyil. Odur ki, yeni evə köçəndə hər kəs Allahdan özünə yaxşı qonşular arzulayır. Lakin bu arzular reallaşa da bilir, bunun əksinə də olur.

Yaxşı qonşuları qoyub yeni evlərə köçmək isə ən ağılsız hərəkətdir. Dünyada hər şeyin maddiyyat olmadığını düşünən zaman yaxşı qonşu anlayışı da çıxır ortaya. Belə olan halda isə, necə deyərlər, ağıllı adam yaxşı qonşunu qoyub heç yerə getməz.

Evi tez-tez dəyişəndə ocaq olmur

Deməli, evdəyişmədə ən əsas olan bir neçə məsələ- evin düşərli, düşərsiz olması, köçməyin çətinliyi, ev dəyişmənin uşaqlara vurduğu zərbələr və qonşuluq münasibətləri haqqında danışdıq. Elə köçün əsasını da bunlar təşkil edir. Və hər biri də ayrı-ayrılıqda vacib olan məsələdir. Belə isə tez-tez ev dəyişmək nə dərəcədə doğrudur? Bunun maddi tərəfini bir kənara qoyub, mənəvi tərəfini nəzərə alan varmı? Yoxsa, maddiyyat mənəviyyatı elə üstələyib ki, bu vacib amillərə nəzər salan yoxdur...

Bütün bunlarla yanaşı, daha vacib bir məsələdən də danışmaq yerinə düşər ki, biz evə həm də ocaq deyirik. Ev, bəli, yanar ocaqdır. Çünki orada nəfəs var. Qapısı hər gün açılır-örtülür. Bu evdə xatirələr, ötən xoş günlər var. Ona görə də orada bir ocaq istisi də var ki, evimizə ocaq deməyə əsas verir. Lakin tez-tez dəyişilən evlərdə bu ocaq sanki yanır, sönür. Necə ki, ocaq çırtaçırtla yanır, ətrafa istilik saçır, bu zaman adama çox xoş gəlir. Eləcə də evin ocaq olmasını şərtləndirən amil onun uzunömürlüyündədir. İllər lazımdır ki, ev ocağa çevrilsin.

Biz nə edirik, ocaq şirin-şirin yanmağa, ətrafa xoş bir isti yaymağa başladığı anda əlimizə dırmıq, bel alıb onu dağıdır, çırtaçırtla yanmasına imkan vermirik. Belə olanda isə nə evdən, nə də ocaqdan söhbət gedə bilər. Elə tez-tez köçməkdən bezən xanımlar da, dostlarından ayrı düşdüyü üçün əziyyət çəkən uşaqlar da həmin yeni-yanmayan, tüstüləyən ocaqda köçməyin tərəfdarı olan kişilərdən fərqli olaraq heç bir istilik tapa bilmirlər. Deməli, evləri ocağa çevrilə bilmir...

Belə isə tez-tez ev dəyişməyin bir mənası varmı?..

Mətanət Məmmədova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Sentyabr 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see268

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see251

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see226

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see225

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see222

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see208

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see207

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see204

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see197

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see197

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see196

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see186

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see179

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see178

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see178

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see173

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see166

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see162

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri