Tez tez “morqat” edən sürücülər: Cəriməsi var!
Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Arxadan gələn uzun-uzadı səs və işıq siqnalı eşidəndə istər-istəməz öndəki sürücü əsəbləşir. Amma məsələ təkcə bununla bitmir, belə hallar yolda narazılığa, konfliktə səbəb ola biləcək vəziyyət də yaradır.
Düzdür, belə bir siqnal tamamilə fərqli məna da daşıya bilər, məsələn, yolda davamlı siqnal səsi bəzən nəqliyyat vasitəsindəki nasazlıq barədə xəbərdarlıq ola bilər. Arxanızdakı sürücü təkərin boşaldığını, tam bağlanmamış qapı və ya hərəkət zamanı açılmış baqaj qapısı barədə xəbərdarlıq etməyə çalışar.
Buna baxmayaraq bəzi sürücülər əsasən digər sürücülərin davranışlarına bu üsulla reaksiya göstərir, qarşısındakını tələsdirməyə çalışırlar.
Bəs Azərbaycanda narazılığını bildirmək məqsədilə davamlı siqnal vermək, “morqat” eləmək qanunla qadağandırmı və buna görə hansı cərimə nəzərdə tutulur?
Bizim.Media xəbər verir ki, Azərbaycanda qarşındakı sürücüyə narazılığını bildirmək məqsədilə uzun-uzadı siqnal vermək cəriməyə səbəb ola bilər.
Yol hərəkəti qaydalarına görə, səs siqnalı əsasən digər hərəkət iştirakçılarını təhlükə barədə xəbərdar etmək üçün verilməlidir. Sadəcə əsəbiləşdiyin, sürücünün səhv hərəkət etdiyi və ya sənə yol vermədiyi üçün davamlı siqnal vermək qayda pozuntusu kimi qiymətləndirilir. İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarının pozulmasına görə 30 manat cərimə nəzərdə tutulur.
Bununla belə tövsiyə olunur ki, arxanızdakı sürücü səs və işıqla bezdirici hərəkət etdikdə qıcıqlanmaq, qəfil əyləcləmək, yaxud sürəti ona görə artırmaq lazım deyil.
Ən yaxşısı, ilk fürsətdə onun keçməsinə icazə verməkdir – sadəcə sağ tərəfdə boşluq yaranmasını gözləyin və sakitcə zolağınızı dəyişin. Başqası tələsir deyə, öz sürətinizi artırmağa ehtiyac yoxdur. Həmin nəqliyyat vasitəsi irəli keçdikdən sonra siz öz yolunuza əvvəlki sürətinizlə davam edə bilərsiniz.
Şəfiqə Şəfa, Bizim.Media
Baxış sayı:39
Bu xəbər 15 Oktyabr 2026 20:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















