Icma.az
close
up
RU
Təzə məkan, köhnə qiymət? Yeni Keşlə bazarı əvvəlkindən nə ilə fərqlənəcək?

Təzə məkan, köhnə qiymət? Yeni Keşlə bazarı əvvəlkindən nə ilə fərqlənəcək?

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Yeni "Keşlə bazarı"nda yaxın günlərdə dükanların satıcılara təhvil verilməsi üçün hazırlıq işləri gedir.

Oxu.Az-ın əməkdaşı yeni ünvanda - Dərnəgüldə yerləşən "Keşlə bazarı"nda olub və bazar rəhbəri ilə, həmçinin sahibkarlarla söhbət edib.

Yeni "Keşlə bazarı"nda təmir işləri davam edir. Ərazidə xeyli sayda təmir-quruculuqla məşğul olan fəhlə işləyir. Eyni zamanda, bazar rəhbəri və sahibkarlar da prosesdə iştirak edirlər.

Hazırlıq işləri barədə Oxu.Az-a danışan bazar rəhbəri Nizami Əsgərov deyir ki, artıq sahibkarlar köhnə "Keşlə bazarı"ndan buraya köçmək üçün hazırlıq işlərinə başlayıblar:

"Hazırda bəzi sahibkarlar özləri də buradadırlar. Yerlərinə baxırlar. Yanvarın 25-dən sonra onlar köhnə "Keşlə bazarı"ndan buraya köçmək üçün məhsullarını yığışdıracaqlar. Bazar fevralın 1-dən fəaliyyətə başlayacaq".

N.Əsgərov bildirir ki, satıcılar üçün yeni bazarda yerlərin ayrılması məsələsi əvvəlki "Keşlə bazarı"nın rəhbərliyinə həvalə edilib.

O, həmçinin deyir ki, bura ilə köhnə bazarın sahəsi təxminən eynidir:

"Buna görə kiməsə yer çatmayacağını düşünmürəm. Bazar ərazisində parklanma üçün də yer ayrılıb. Ticarət mərkəzi 7/24 rejimində fəaliyyət göstərəcək".

Satıcılar üçün təklif olunan yerlərin icarə haqqına gəlincə, onun sözlərinə görə, bu, əvvəlki bazar rəhbərliyi tərəfindən müəyyənləşdiriləcək.

Ət satışı ilə məşğul olan Yasər Hüseynov Oxu.Az-a açıqlamasında deyir ki, yeni "Keşlə bazarı"nda o da yer götürüb və bir neçə gün sonra burada işləyəcək:

"Köhnə "Keşlə bazarı"nda 22 il satışla məşğul olmuşam. Köhnə yerlə bura arasında çox fərq var. Bura standartlara uyğun qurulub və şərait çox yaxşıdır".

Yeni bazarda qiymətlərə gəlincə, satıcının sözlərinə görə, burada məhsullar alıcılar üçün daha münasib qiymətlə təklif olunacaq:

"Məhsulların baha qiymətə satılmasından söhbət gedə bilməz. Bura yeni qurulur, ümid edirik ki, hər şey əvvəlkindən daha yaxşı olacaq".

Balıq satışı ilə məşğul olan Natiq Hacıyev Oxu.Az-a açıqlamasında söyləyir ki, yeni bazarda işlər dəqiqliklə həyata keçirilir:

"Başdansovdu iş görülsə, üç günə də köçmək olar, amma burada yüksək səviyyədə iş gedir".

Onun sözlərinə görə, rəhbərlik tərəfindən yeni bazarda hər kəsə yer ayrılması tapşırılıb:

"Bazarda dükan sistemində işləyənlər üçün yerlər artıq ayrılıb. Hər kəsə də yer çatacaq. Bayaq bir nəfər məndən soruşdu ki, başqa bazardan buraya gəlmək istəyir, icarəyə verilən yer varmı? Məndə olan məlumata görə, kənardan gələnlərə hələ yer ayrılması nəzərdə tutulmayıb. Əgər boş yer qalarsa, o zaman bu məsələyə baxıla bilər. Çünki bazar rəhbəri özü tapşırıq verib ki, köhnə bazarda işləyənlər yer məsələsinə görə işsiz qalmamalıdırlar".

İcarə haqqına gəlincə, satıcının fikrincə, qiymətlər əvvəlki "Keşlə bazarı"ndakı ilə eyni olacaq.

Bazarın yerləşdiyi əraziyə görə alıcı qıtlığının olması ehtimalı ilə bağlı sualımızı cavablandıran satıcı deyir ki, ərazidə üç parklanma yeri olduğu üçün belə bir halın yaşanacağını düşünmür:

"Əvvəlki bazarda alıcılarımız, adətən, parklanma yerinə görə şikayətlənir, rahat parkinq istədiklərini deyirdilər. Alıcılarımızın çoxu - 70-80 faizi şəxsi maşını ilə hərəkət edən adamlardır. Buna görə, alıcı qıtlığı yaşayacağımızı düşünmürəm".

Satıcı əlavə edir ki, onlar balığın topdansatışını həyata keçirirlər və qiymət dəyişikliyi gözlənilmir:

"Bakı şəhərində balıq məhsullarının ən ucuz qiymətə satışı "Keşlə bazarı"ndadır. Xarici ölkələrdən də balıq məhsulları bizim bazara gəlir, buradan digər yerlərə daşınaraq satışa çıxarılır. Alıcılarımız məhsulları əvvəlki yerdə aldıqları qiymətə əldə edəcəklər".

Xatırladaq ki, Bakı şəhəri Nərimanov rayonunda "Keşlə bazarı" kimi tanınan ticarət mərkəzi sökülür. Bu, həmin ərazidə nəqliyyat sıxlığının azaldılmasında böyük rol oynayacaq yeni yolun çəkilişi ilə əlaqədardır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisi ilə əlaqədar layihənin icrasına start verilib.

Aləmdə Nəsib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:530
embedMənbə:https://oxu.az
archiveBu xəbər 22 Yanvar 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri