Təzəxən Mirələmli saxlanılmayıb YENİLƏNİB
Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.
AXCP fəalı Təzəxan Mirələmlinin saxlanılması barədə yayılan məlumat yanlışdır.
Metbuat.az-ın əldə etdiyi məlumata görə, onun DTX tərəfindən saxlanılması ilə bağlı xəbər həqiqətə uyğun deyil.
***
21:09 05.12.2025
AXCP sədri Əli Kərimlinin həbsinin ardından partiyanın Nəzarət Təftiş Komissiyasının üzvü Təzəxən Mirələmli də saxlanılıb.
Metbuat.az Musavat.com-a istinadla xəbər verir ki, bu gün günorta saatlarında Ə.Kərimlinin apellyasiya məhkəməsi öncəsi Dövlət Təhlükəsizlik Xidmətininin əməkdaşları tərəfindən AXCP fəalının evində axtarış aparılıb, ona məxsus kompüter, telefon və başqa əşyalar götürülüb.
Özü isə DTX-yə aparılıb. Bu barədə sosial şəbəkələrdə onun ailə üzvləri məlumat yayıblar.
Qeyd edək ki, AXCP-də həbslər ötən həftənin şənbə günündən başlayıb. Partiya rəhbərliyi Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev işi üzrə istintaqa cəlb olunurlar. Artıq AXCP sədri Əli Kərimli və müşaviri Məmməd İbrahim barəsində həbs qətimkan tədbiri seçilib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 06 Dekabr 2025 09:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















