Icma.az
close
up
RU
Tezliklə bütün kartlar məlum olacaq

Tezliklə bütün kartlar məlum olacaq

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Zelenskinin ABŞ prezidenti Trampla gərgin keçən və yarımçıq qalan görüşündən sonra Ukraynanın və onun özünün taleyi məsələsi müzakirə predmetinə çevrilib. Bu məsələyə münasibətdə arzularla həqiqət arasında çox böyük fərq ortaya çıxır. Nəticədə həqiqəti söyləyənlər düşmən, şirin arzulardan bəhs edənlər isə qəhrəman kimi qəbul olunur.

"Xalq Cəbhəsi" xəbər verir ki, bunu politoloq Mütəllim Rəhimli deyib.

Onun fikrincə, ancaq bütün bunlar Ukraynalıların durumunu dəyişmir, hadisələr müəyyən edilmiş ssenari üzrə inkişaf etməkdədir:

"İndi yeganə ümid Avropanın Zelenskiyə dəstək verməklə onu ABŞ-nin hücumundan qorumasınadır. Bu minvalla gözlər Londona dikilib. Hər kəs martın 6-da Avropa Birliyi liderlərinin görüşündən çıxacaq qərarı gözləyir. Ancaq o vaxtadək Avropa ölkələrinin liderlərinin açıqlamaları bəzi ilkin təəssüratlar yaradır.
Macarıstanın baş naziri Orbanın Rusiyapərəst mövqeyini bir tərəfə qoyaraq Slovakiyanın Baş naziri Robert Fitsoya diqqət yetirək. Fitso bildirir ki, “güc tətbiqi ilə əldə edilən sülh” strategiyası illüziyadır. Ukrayna heç vaxt hərbi güc mövqeyindən danışıqlar aparacaq qədər güclü olmayacaq. Biz bundan sonra bu münaqişəni daha da alovlandırmaq istəmirik”. Buna slavyan həmrəyliyi deyərək, Avropanın super gücləri olan İngiltərə, Almaniya və Fransanın mövqeyinə diqqət yetirək".

Politoloq deyib ki, Böyük Britaniyanın Baş naziri Kir Starmerin dəstəyi ümumi sözlərdən başqa bir şey deyil:

"Biz vaxtilə Baş nazir Boris Consonun dəfələrlə Kiyevə səfərinin və dəstək bəyanatlarının şahidi olmuşuq. Amma nəticədə Ukraynaya yardımlar hər dəfə gecikib və ölkə torpaq itkisi ilə üzləşib. Bu yerdə haqlı olaraq belə bir sual çıxır: beynəlxalq siyasətdə ABŞ ilə birmənalı olaraq eyni mövqeyi paylaşan İngiltərə Ukraynaya necə dəstək verəcək? ABŞ-Britaniya tandemi görəsən indi Ukrayna üzərində hansı oyunu oynayır?!
AFR kansleri Mertz isə Zelenskiyə dəstəyini belə ifadə edib: "Yaxşı və sınaq anlarında Ukraynanın yanındayıq. Biz bu dəhşətli müharibədə təcavüzkarla qurbanı heç vaxt qarışdırmamalıyıq". Çox yaxşı... konkret ifadələr olmasa da təqdirəlayiqdir! Lakin Alman politoloq Harli Şlanger təxminən bir həftə əvvəl bildirmişdi ki, "yeni kansler Fridrix Mertz də Ukraynanın təbii sərvətlərinə çıxışı təmin etməyə çalışır. O, xammalın bir hissəsini Ukraynadan almağa və müqavilə bağlamağa çalışacaq”. Deyəsən almanların əsl niyyəti məhz burada gizlənir.
Fransa prezidenti Emmanuel Makron isə mövqeyini belə ifadə edib: "Təcavüzkar var: Rusiya. Qurban var: Ukrayna". “Biz üç il əvvəl Ukraynaya kömək göstərməkdə və Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdə haqlı idik və bunu davam etdirməliyik”. Zelenskidən bir neçə gün əvvəl ABŞ-də prezident Trampla görüşən Makron demək olar ki, Trampın bütün şərtlərini qəbul edərək geri qayıtmışdı. Üstəlik, Fransanın Ukraynaya sülhməramlı qüvvələr göndərməyə razılıq aldığını bildirmişdi. Yəni Makron ABŞ-də olarkən artıq Trampın təklif etdiyi sülh sazişinə "hə" deməklə yanaşı orada ölkəsinin iştirakı məsələsini də müəyyənləşdirmişdi. İndi isə gələcəkdən yox, keçmişdən danışır, adını da dəstək qoyur.
Açıqlamalardan da göründüyü kimi Trampın konkret və kəskin mövqeyindən sonra Avropanın ümumi ifadələrlə Zelenskini müdafiə edə biləcəyi az inandırıcı təsir bağışlayır. Üstəlik, Ukraynanın təbii sərvətlərində Avropa ölkələrinin də gözü var. Həm də Ukrayna üzərində fikir ayrılıqları hazırda görünməyən daha hansı böyük bir planın üzə çıxan hissəsidir - fikri də insanı tərk etmir. Ancaq tezliklə bütün kartlar məlum olacaq".

Cavid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 03 Mart 2025 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see314

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see311

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see298

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see251

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see247

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see245

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see240

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see238

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see236

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see226

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see205

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see205

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see203

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see203

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see201

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see199

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see197

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri