Icma.az
close
up
RU
Tezliklə süni Günəş işə salınacaq Çinin yeni HOQQASI

Tezliklə süni Günəş işə salınacaq Çinin yeni HOQQASI

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

 Məlumata əsasən 2 il əvvəl təkmilləşdirilmiş Çin tokamakı Huanliu-3 (HL-3) Çendu şəhərində öz-özünü dəstəkləyən termonüvə reaksiyasının işə düşməsi həddinə yaxınlaşıb.

Lent.az xəbər verir ki, bu barədə  South China Morning Post məlumat yayıb.

Aparılan bir sıra təcrübələr zamanı reaktor “ikili qızdırma baryeri”nə - 100 milyon dərəcə Selsidən yüksək temperatura çatıb. Bu həddə həm elektron plazması, həm də ion plazması çatıb və bu barədə açıq mənbələrdə ilk dəfə məlumat verilib. Əvvəllər bu məlumatlar məxfi hesab olunurdu. “Təcrübəmiz zamanı 100 milyon dərəcəlik həddə çatdıq, həmçinin termonüvə sintezinin ümumi məhsuldarlığında ciddi sıçrayış qeydə alındı. Bu o deməkdir ki, Çində termonüvə sintezi üzrə tədqiqatlar artıq plazma yanması fazasına qədəm qoyur” - deyə HL-3-ün baş konstruktoru Zhong Wulu dövlət televiziyası CCTV-yə verdiyi müsahibədə bildirib.

HL-3 reaktoru - 2020-ci ilin dekabrında HL-2M adı ilə istifadəyə verilmiş yeni tokamakdır. Həmin vaxt Çinli alimlər 160 milyon dərəcə Selsi temperaturda olan elektron plazmanı 20 saniyə ərzində sabit saxlamağa nail olmuşdular. 2023-cü ildə aparılmış təkmilləşdirmə sonrası reaktorun adı HL-3 olaraq dəyişdirilib. Elektron şüa qızdırma sisteminin mikrodalğalı qurğularla yenilənməsi və digər bir sıra təkmilləşdirmələr ion plazmanı 117 milyon dərəcə Selsi temperaturadək qızdırmağa imkan verib. Bu, süni termonüvə sintezi üçün yeni bir rekorddur. Daha əvvəl ion plazmanı 100 milyon dərəcə Selsiyə qədər yalnız Cənubi Koreyanın KSTAR tokamakı qızdıra bilmişdi.

Çinli alimlər reaktorda plazmatik ion şüasının yüksək sabitliyini qeyd ediblər, lakin bu barədə televiziya müsahibəsində ətraflı məlumat verməyiblər. Yer üzündə “süni Günəş”in - yəni öz-özünü dəstəkləyən termonüvə reaksiyasının işə salınmasına doğru növbəti addımı atmaq üçün tokamakda reaksiyanın həm temperaturunu, həm də davametmə müddətini artırmaq tələb olunur. Bu mərhələyə çatmaq üçün çox az yol qalsa da, məhz bu son addım alimlər üçün ən çətin sınaq sayılır. HL-3 reaktorunda daha bir təkmilləşdirmə nəzərdə tutulur və bundan sonra orada nüvə sintezi reaksiyasının - əsl ulduzların dərinliklərində baş verən proseslərə bənzər bir reaksiyanın - işə salınması ehtimalı olduqca yüksəkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://lent.az
archiveBu xəbər 03 Aprel 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri