Tezliklə “Tramp Marşrutu” barədə böyük xəbər olacaq Paşinyan
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Ermənistan tamamilə yeni iqtisadi inkişaf mərhələsinə daxil olur, bu, Ermənistanla Azərbaycan arasında formalaşmış sülh prosesi nəticəsində mümkün olur”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
O qeyd edib ki, yaxın zamanda “Tramp Marşrutu” və ya TRIPP layihəsinin işə salınması ilə əlaqədar böyük hadisələr gözlənilir, bu layihə Ermənistanı faktiki olaraq blokada vəziyyətindən çıxarır.
“Bu gün də Ermənistan blokadanı müəyyən dərəcədə aradan qaldırıb, çünki bildiyiniz kimi, Azərbaycan ərazisi vasitəsilə Ermənistana dəmir yolu ilə yükdaşımaları həyata keçirmək mümkündür və davam edir. Onu da deyim: siyasi razılaşma var, ixracın da dəmir yolu ilə həyata keçirilməsi mümkündür, əlbəttə, Gürcüstan ərazisi vasitəsilə - biz Azərbaycanla TRIPP layihəsi çərçivəsində dəmir yolunu açana qədər. Bu isə çox vacibdir.
Siyasi razılaşma ondan ibarətdir ki, həmin dəmir yolu heç vaxt bağlanmayacaq, yəni bu, həm idxal, həm də ixrac üçün etibarlı marşrut olacaq. Amma mənim başa düşdüyümə görə, biz hələ ixrac üçün dəmir yolundan geniş istifadə etmirik. Çünki 30 il ərzində formalaşmış logistika zəncirləri mövcuddur, onların dəyişməsi üçün əvvəlcə etimad lazımdır. İnsanlar deyilənlərin nə dərəcədə davamlı və etibarlı olduğunu anlamalıdırlar. İkincisi, logistika zəncirləri dəyişməlidir, çünki yük maşını ilə düşünmək ayrı şeydir, vaqonla düşünmək isə tamam başqa”, - Paşinyan vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 13 Aprel 2026 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















