Icma.az
close
up
RU
Təzminat belə alınacaq: İlkin tələb... Məmmədyarov açıqladı

Təzminat belə alınacaq: İlkin tələb... Məmmədyarov açıqladı

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

"Avropa İttifaqının Ermənistan ərazisindəki mülki missiyasının Azərbaycanla delimitasiya olunacaq ərazidə fəaliyyət göstərməsinin heç bir mənası yoxdur. Ona görə də, erməni tərəfi bununla bağlı açıqlama verdi ki, “delimitasiya edilmiş sərhəd xəttində “missiya” olmayacaq”. Çünki sərhədlər dəqiqləşdikdən sonra orada hər iki tərəfdən sərhəd xidməti işə başlaya bilər".

Moderator.az xəbər verir ki, bunu Teleqraf.com-a sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.

“Görünən odur ki erməni tərəfi növbəti oyun əl atır. Çünki Azərbaycan haqlı olaraq Ermənistan ərazisində olan Aİ-nın “missiyasının” davranışlarından narahatlığnı bildirib. Vaxtaşırı olaraq həmin “missiya” Azərbaycanla şərti sərhəddə gəlib binokulla ərazini izləməyə çalışır”, - deyə o əlavə edib.

Sabiq nazir hesab edir ki, erməni tərəfinin missiya ilə bağlı verdiyi açıqlama Azərbaycanı sakitləşdirmək üçün edilmiş gedişdir: “Məqsədləri delimitasiyanı bir qədər sürətlə aparmaqdır. Bu isə hər iki tərəfdən delimitasiya komissiyanın görə biləcəyi işdir. Hətta bu günlərdə Ermənistanın baş naziri Azərbaycanla sülh əldə edilərsə, qarşılıqlı olaraq beynəlxalq müstəvilərdə iddialardan imtina məsələsini də gündəmə gətirib. Əslində Azərbaycan beynəlxalq müstəvidə Ermənistana qarşı qaldırdığı tələblərdə tam haqlıdır. Çünki 30 il ərzində Ermənistan Azərbaycan ərazilərinə külli miqdarda ziyan vurub. Ekologiyanı, ətraf mühiti dağıdıb, etnik təmizləmə, soyqırımı aparıb, bir neçə şəhər yer üzündən silib. Ona görə də, Ermənistan vurduğu ziyanı mütləq qarşılamalıdır və o təzminat ödəməlidir”.

Elmar Məmmədyarova görə, bu gün yenə də ilin sonuna kimi sülhün əldə edilməsindən danışılırsa, Ermənistanın öhdəlikləri də vurğulanmalıdır: “Ola bilsin ki, ilkin addım kimi hansısa sənədi paraflamaq olar. Çünki yekun sülh üçün Ermənistan konstitusiyasında Azərbaycana qarşı əsassız ərazi iddiaları aradan qaldırılmalıdır. Sülh Nikol Paşinyanla deyil, erməni xalqı ilə imzalanmalıdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 Noyabr 2024 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri