“Təzyiq altında danışıqlar olmayacaq” İrandan ABŞ yə CAVAB
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
İrannın Qahirədəki səfiri Müctəba Firdovsi Pur ABŞ Prezidenti Donald Trampın iddialarına cavab verib.
Redaktor.az xəbər verir ki, diplomat bu barədə TASS agentliyinə müsahibəsində danışıb.
Məlumata görə, səfir İranın heç vaxt təslim olmayacağını və təzyiq altında danışıqlar aparmayacağını vurğulayıb. O bildirib: “ABŞ-nin bizimlə güc mövqeyindən danışmasına icazə verməyəcəyik. İran heç vaxt təslim olmayacaq və təzyiq və növbəti hücum təhdidləri altında danışıqlar aparmayacaq”.
Bildirilib ki, Tehran Vaşinqtonla mümkün danışıqlarda raket proqramını və ya regionda dəstəklədiyi silahlı qrupları müzakirə etməyi planlaşdırmır.
Səfir əlavə edib ki, ABŞ İranın nüvə proqramı ilə bağlı bütün qanuni hüquqlarına hörmət etməlidir.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 29 Aprel 2026 10:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















