Təzyiq dərmanlarından ömürlük asılı qalmayın! VİDEO
Medicina saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Hipertoniya yəni yüksək təzyiq zamanı ömürlük dərman təyinatı yeganə çıxış yolu deyil. İnteqrativ yanaşma ilə dərman qəbulu minimuma enə bilər.
Medicina.az xəbər verir ki, 2021-ci ildə ağır infarkt keçirən pasiyent illərlə dərman qəbul etsə də, təzyiqindəki qeyri-stabillikdən bezib və inteqrativ müalicəyə üz tutub. Artıq 2 ildir ki, təzyiqi stabilləşib və pasiyentin dərmandan asılılığı ortadan qalxıb.
Onun sözlərinə görə, infarktdan sonra ürəyinə stent qoyulub və növbəti iki il ərzində həkim nəzarətində olsa da, qan təzyiqini nəzarətdə saxlamaqda çətinlik çəkib.
Pasiyent Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinə müraciət etdikdən sonra səhhətində baş vermiş dəyişiklərdən danışıb. O, son iki ildə özünü daha yaxşı hiss etdiyini, əvvəlki şikayətlərinin azaldığını və qəbul etdiyi bəzi dərmanların dozalarının həkim tərəfindən azaldıldığını, nəfəs darlığının olmadığını qeyd edir.
İnteqrativ tibb mütəxəssisi, kardioloq Aynur Əlizadə qeyd edir ki, Klassik tibbdə Təzyiq xəstəliyi zamanı cəmi 5% hallarda səbəb məlum olur. 95 % hallarda isə səbəb bilinmədiyi üçün gündəlik təzyiq stabilləşdirici dərman təyinatı aparılır.
Halbuki, inteqrativ yanaşma kök səbəbin tapılmağını tələb edir. Kök səbəb tapıldıqdan sonra aparılan müalicə də daha effektiv olur.
İnteqrativ tibb mütəxəssisi qeyd edir ki, təzyiqin səbəbi hər zaman ürək və ya böyrəklə əlaqəli olmaya bilər. İnteqrativ tibbdə əsas məqsəd təzyiqi sadəcə kimyəvi dərmanlarla aşağı salmaq və ya qaldırmaq deyil, damar divarlarının tonusunu pozan, sinir sistemini gərginləşdirən və ya maddələr mübadiləsini pozan kök səbəbləri aradan qaldırmaqdır.
Bu səbəblər əsasən :
- xroniki stress,
- toksiki yük,
- bağırsaq disbalansı,
- hormonal pozğunluqlarla əlaqəlidir.
İnteqrativ yanaşmada təzyiqi qalıcı olaraq normallaşdırmaq üçün İstifadə Olunan Metodlar:
• Biotənzimləyici terapiya: Orqanizmin özünübərpa mexanizmlərini hərəkətə gətirən nano-dozalarda təbii preparatlar.
• Akupunktura (İynəbatırma) və biopunktura: Sinir sistemini sakitləşdirmək, qan dövranını tənzimləmək və damar spazmını götürmək üçün xüsusi nöqtələrə təsir.
• Nevral terapiya: Vegetativ sinir sisteminin tənzimlənməsi vasitəsilə təzyiqin normaya salınması.
• Həyat tərzinin korreksiyası: Qidalanma, yuxu rejimi, fiziki aktivlik və stresin idarə olunması üzrə inteqrativ tövsiyələr
Pasiyentin hekayəsini Instagram linkindən izləyə bilərsiniz.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 20 Oktyabr 2026 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















