Icma.az
close
up
RU
Təzyiq dərmanlarını özbaşına dayandırmaq olmaz mütəxəssis rəyi

Təzyiq dərmanlarını özbaşına dayandırmaq olmaz mütəxəssis rəyi

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yüksək qan təzyiqinin müalicəsində geniş istifadə olunan bəzi dərmanlar xəstələrin hər zaman dərmanla əlaqələndirmədiyi yan təsirlərə səbəb ola bilər.

Britaniya Milli Səhiyyə Xidmətinin həkimi Amir Xan bildirib ki, ramipril qəbul edən bəzi insanlarda uzunmüddətli quru öskürək yarana bilər.

O bildirib ki, dərman bradikinin adlı maddənin səviyyəsini artıra və bu da tənəffüs yollarının qıcıqlanmasına səbəb ola bilər.

Belə hallarda xəstələr öskürəyi infeksiya əlaməti hesab edə bilirlər. Nəticədə antibiotik qəbul etmək və ya müxtəlif müayinələrdən keçmək mümkün olsa da, əsl səbəb diqqətdən kənarda qala bilər.

Digər geniş istifadə olunan preparat amlodipindir. Bu dərman bəzi insanlarda, xüsusilə topuq nahiyəsində, mayenin toxumalarda toplanmasına və şişkinliyə səbəb ola bilər.

Həkimin sözlərinə görə, ramipril uzunmüddətli quru öskürəyə, amlodipin isə xüsusilə topuq nahiyəsində şişkinliyə səbəb ola bilər. Hər iki preparat baş ağrısı, başgicəllənmə və yorğunluq yarada bilər.

Ramipril və amlodipin qəbul edən xəstələr hansı yan təsirlərlə qarşılaşa bilərlər?

Bu barədə Bizimyol.info xəbər portalına danışan kardioloq-aritmoloq Günay Rəhimova bildirib ki, dərmanlar fərdi olaraq xəstənin vəziyyətinə görə seçilir: “Ümumiyyətlə təzyiq dərmanları həddindən artıq çox qollara bölünürlər. Bir neçə təzyiq dərmanı yox, minlərlə təzyiq dərmanı var. Tək tərkibli, iki komponentli və hətta üç komponentdən ibarət dərmanlar var. Həmçinin sidikqovucu ilə birlikdə olan dərmanlar da var. Bu dərmanlar fərdi olaraq xəstənin vəziyyətinə görə seçilir. Deyək ki, bir pasiyent orta dərəcəli təzyiq xəstəsidir, ona daha yüngül, tək komponentli dərman seçilir. İkinci bir pasiyentin yanaşı xəstəlikləri, məsələn, şəkərli diabeti varsa, böyrəklərini və digər orqanlarını qorumaq üçün ikili və ya üçlü komponentlərdən ibarət dərmanlar seçilir”.

Günay Rəhimova deyib: “Müasir tibbdə hipertoniya xəstəliyinə yanaşmada birbaşa üçlü komponentlə başlamaq daha çox tövsiyə olunur. Bunun tərkibində həm APEYİT qrupu dediyimiz ramipril və s. olur, həm amlodipin, həm də sidikqovucu olur. Sidikqovucunun da bir neçə növü ola bilir. Bu da, məsələn, şəkər xəstəliyində bir növ seçilir, şəkər olmayan xəstəlikdə isə başqa növ seçilir”.

Kardioloqun sözlərinə görə, xəstələrin ən çox etdiyi yanlış dərmanı özbaşına qəbul etmək və kəsməkdir: “Hər zaman fərdi yanaşma əhəmiyyətlidir. Amma bütün dünyada xüsusi tövsiyələr var. Biz həkimlər də o tövsiyələrə əsasən hərəkət edirik. Mən, məsələn, Avropa tövsiyələrinə əsasən müalicə yazıram. Hər il onları izləyirəm. Avropa tövsiyələrində yenilik olduqda, ona uyğun olaraq şirkətlər yeni dərmanlar gətirir və biz həmin dərmanları pasiyentlərə təyin edirik.

Təzyiq xəstələrinin ən çox etdiyi yanlışlar bunlardır: birincisi, dərmanı özbaşına qəbul etmək, ikincisi isə dərmanı kəsməkdir. Düşünürlər ki, təzyiq düşdüsə, sağaldım və dərmanı kəsirlər. Bu da onların yan təsirlərinin daha çox üzə çıxmasına gətirib çıxarır.

Məsələn, quru öskürək verən dərmanlar var. Əgər gecə quru öskürək verirsə, bu, yaşlı xəstələrdə daha çox rast gəlinən yan təsirlərdən biridir. Biz onu quru öskürəyə səbəb olmayan dərmanlarla əvəz edirik.

Yaxud deyək ki, amlodipin çox şiddətli şiş verir. 10 mq dozada şiş verir. 5 mq dozaya keçdikdə bir az azalır, şiş çəkilir. Ona görə 5 mq dozada veririk. Görsək ki, 5 mq dozada da hər iki ayaqda ödem verir, o zaman onu da kəsib, ümumiyyətlə, amlodipin vermirik. Onu başqa komponentlə əvəzləyirik. Məsələn, güclər onun yerinə tam başqa dərman veririk”.

Günay Rəhimova vurğulayıb ki, yüksək təzyiq xəstələrdə iflicə, infarkta qədər gətirib çıxara bilər: “Ümumiyyətlə, bütün dərmanların yan təsirləri var. Hər xəstədə olmasa da, çox xəstədə rast gəlinir. Xəstə də bu yan təsirləri bilərək həkimə getməlidir ki, həkim onun bədəninə və yanaşı xəstəliklərinə uyğun olaraq dozada və dərman dəyişikliklərində fərqindəlik edə bilsin.

Təzyiq xəstəliyinin ən pis tərəfi odur ki, tutaq ki, dərman seçirsən, dərmanı davamlı içirsən, amma uzun müddət xəstə dərmansız qaldıqda deyir: “Mən təzyiqə belə öyrəşmişəm. Bu mənim işlək təzyiqimdir və mən bunu dəyişmək istəmirəm, özümü bu cür yaxşı hiss edirəm.

Bəli, yaxşı hiss edə bilər. Amma uzun dönəmdə gözlərdə, böyrəklərdə, qaraciyərdə və damarlarda geriyə dönülməz proseslər yaşanır. Yüksək təzyiq xəstələrdə iflicə, müəyyən qəfil aritmiyalara, infarkta qədər gətirib çıxara bilər”.

Günay Rəhimova əlavə edib: “Ona görə də davamlı və düzgün həkim nəzarətində, heç olmasa, 6 aydan bir müayinədən keçmək və müalicəni həkimin tövsiyəsinə uyğun davam etdirmək lazımdır”.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 11 Avqust 2026 22:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see362

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see348

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see340

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see334

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see333

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see304

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see299

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see291

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see270

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see266

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see243

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see241

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see224

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see215

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see204

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see198

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see198

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see194

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri