TFF mübahisəli penalti epizodunun danışıqlarını yayımladı VİDEO
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyə Futbol Federasiyası Super Liqanın VII turunda keçirilən oyunlarda VAR sistemi ilə bağlı danışıqları açıqlayıb. Qeydlərdə "Konyaspor" - "Başakşehir" matçında yaşanan mübahisəli penalti epizodu da yer alıb.
Moderator.az xəbər verir ki, danışıqlar Türkiyə Futbol Federasiyasının "YouTube" kanalında yayımlanıb.
Epizod zamanı VAR hakimi Batuhan Kolak topun əvvəlcə müdafiəçinin bükülü qoluna, daha sonra isə açıq əlinə dəyib-dəymədiyini yoxlamaq üçün iki fərqli kamera bucağından görüntü təqdim edəcəyini bildirib.
Batuhan Kolak qapı arxasından çəkilmiş görüntünü istəyərək "Başqa bucağınız yoxdur?" sualını verib. VAR hakimi isə həmin bucaqdan topun sol ələ dəydiyini görmədiyini bildirib.
Bundan sonra Kolak penalti qərarını ləğv edib və oyunun ofsayd qərarı ilə davam etdirilməsinə göstəriş verib.
"Konyaspor"un baş məşqçisi İlhan Palut matçdan sonra VAR yoxlaması zamanı hakimə uyğun görüntünün təqdim edilmədiyini bildirib.
"VAR ekranında hakimə kifayət qədər uzaq və keyfiyyətsiz görüntü təqdim olundu. Topun müdafiəçinin bükülü əlinə dəyməsi ehtimalı var, lakin təqdim edilən texniki imkanlar və görüntülər insanları inandıracaq qədər aydın deyildi", - deyə Palut vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 13 Oktyabr 2026 23:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















