TFF prezidentindən derbi açıqlaması: Etiraz etməli olan tərəf Fənərbaxça dır
Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu vacib açıqlamalar verib.
Apasport.az xəbər verir ki, o, Süper Liqanın XIV turunda keçirilən "Fənərbaxça" - "Qalatasaray" derbisi barədə bunları söyləyib:
“Qalatasaray"ın prezidenti Dursun Özbek və vitse-prezident Abdullah Kavukçu gəlib bizimlə görüşdülər. "Fənərbaxça" oyunu ilə bağlı şikayətləri var idi. Matçda bir epizod var ki, hakim sarı vərəqə göstərməyib. Amma həmin məqamda etiraz etməli olan tərəf "Fənərbaxça"dır. Çünki "Fənərbaxça" səkkiz futbolçu ilə hücuma çıxarkən hakim oyunu saxlayıb yerdə qalan futbolçunun yanına getdi. Derbi oyunlarında çox şeylər görmüşük, hansı qərarların verildiyini bilirik. Bu məsələdən ən çox zərər çəkən klub prezidenti də mən olmuşam. İnsanlar buna bu prizmadan baxmalıdır. Bildirmək istəyirəm ki, hakim matçın nəticəsinə təsir göstərməyib. Bizi əvvəlki rəhbərliklərlə qarışdırmasınlar. Biz düzgün qərarlar verməyə borcluyuq. Kimlərinsə gözünə girmək, burada uzun müddət qalmaq kimi dərdimiz yoxdur. Allah bizi yanlış qərar verməkdən qorusun”.
Qeyd edək ki, Kadıköydə baş tutan İstanbul derbisində qalib müəyyənləşməyib - 1:1.
“Fənərbaxça” şikayət etmişdi: UEFA "Qalatasaray"ın oyununa göndərdi Qarnaçodan "Yunayted"liləri qıcıqlandıran açıqlama: "Doğru an və doğru klub..." UFC prezidentindən Tsarukyana: "Öz işiylə məşğul olsun" Mert Hakan Yandaşdan mərc etirafı: "Bunu kimin hesabı ilə etdiyimizi xatırlamıram" “Milan”ın futbolçusu zədələnib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 09 Dekabr 2025 14:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















