“The Atlantic”: Zelenski təkəbbürlü davranır və Trampı qəzəbləndirir
Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.
"Tramp Zelenskini sülhə əsas maneə kimi görməyə davam edir"
Volodimir Zelenskinin təkəbbürü, Rusiya neft emalı zavodlarına zərbələrin dayandırılması çağırışlarını qulaqardına vurması ABŞ Prezidenti Donald Trampı qəzəbləndirir. AYNA.AZ xəbər verir ki, bu barədə “The Atlantic” qəzeti Ağ Ev rəsmisinə istinadən məlumat yayıb.
Nəşr adı çəkilməyən ABŞ administrasiyasının rəsmisindən sitat gətirərək yazıb: “Zelenski təkəbbürlü davranır və Prezident Trampı qəzəbləndirir".
Mənbə əlavə edib ki, "Prezident ondan bir şey istəyir: neft emalı zavodlarına zərbə endirməyi dayandırsın”.
Jurnal vurğulayıb ki, 2025-ci ilin fevral ayında Ağ Evdə Trampla qızğın mübahisədən sonra Zelenski Amerika lideri ilə "münasibətləri bərpa etməyə bir ildən çox vaxt sərf edib. Ukrayna rəsmiləri isə Trampın onların maraqlarına xələl gətirəcək hərəkət etməyəcəyinə ümid ediblər.
"Bu ümid sönməkdədir", “The Atlantic” qəzeti yazıb və qeyd edib ki, "Tramp Zelenskini sülhə əsas maneə kimi görməyə davam edir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 13 Oktyabr 2026 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















