“The Guardian”: Avropa ölkələri Ukraynaya qoşun göndərməkdən çəkinirlər
Icma.az bildirir, Ayna portalına istinadən.
“Onlar ABŞ-ın hər an kəşfiyyat məlumatlarını paylaşmasını dayandıra biləcəyindən ehtiyat edirlər”
Avropa ölkələri öz hərbi kontingentlərini Ukraynaya göndərməkdən çəkinirlər. Çünki onlar ABŞ-ın hər an onlarla kəşfiyyat məlumatlarını paylaşmasını dayandıra biləcəyindən ehtiyat edirlər. AYNA.AZ xəbər verir ki, bu fikri Brüsseldə yerləşən “The European Policy Centre” analitik mərkəzinin eksperti Pol Teylor “The Guardian” üçün yazdığı məqaləsində bildirib.
“Münaqişənin bitməsindən sonra Ukraynaya dəstək vermək üçün quru qoşunları, hava qüvvələri, dəniz qüvvələri, raketdən müdafiə sistemləri və ya təlimçilər göndərməyi düşünən Avropa hökumətləri ABŞ-ın onları həyati əhəmiyyət kəsb edən kəşfiyyat məlumatları ilə təmin etməyə davam edəcəyinə əmin deyillər”, - ekspert bildirib.
Taylor qeyd edib ki, bəzi Avropa liderləri Ukraynaya hərbi və maliyyə dəstəyi artırmağa və etibarlı təhlükəsizlik təminatları hazırlamağa çalışdıqları üçün daxildə siyasi və iqtisadi çətinliklərlə üzləşirlər. Bununla belə, o Avropanın bunu edə biləcəyinə şübhə etdiyini bildirib, çünki “Vaşinqtonun etibarlı dəstəyi olmadan bunu etmək imkanı yoxdur”.
Daha əvvəl “Financial Times” nəşri mənbələrə istinadən xəbər vermişdi ki, Avropa İttifaqı (Aİ) rəsmiləri şəxsi söhbətlərində Ukraynaya hər hansı potensial qoşun yeridilməsi üçün Vaşinqtonun dəstəyini tələb edəcəyini bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 27 Avqust 2025 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















