Icma.az
close
up
RU
The New York Times COP29dan nələr yazdı?

The New York Times COP29dan nələr yazdı?

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

"Heç bir ölkə təkbaşına bacarmayacaq" - "The New York Times" Azərbaycan xarici işlər nazirinin müavini, ölkənin COP29-da baş danışıqçısı Yalçın Rəfiyevin sözlərini sitat gətirir.

Nəşrin COP29 iqlim konfransı ilə bağlı dərc etdiyi məqalədən məlum olur ki, Oxfam America qeyri-kommersiya təşkilatı da Yalçın Rəfiyevlə həmrəydir. Bu təşkilat da varlı ölkələri iqlim maliyyələşməsi üçün ildə 1 trilyon dollar toplamağa çağırır. Ancaq ABŞ-ın dəstəyi olmadan bu məqsədə çatmaq mümkün görünmür.

Təşkilatın baş siyasi müşaviri Eşli Tomas deyib: "Aydın məsələdir ki, biz çətin vəziyyətdəyik".

Konfransda ABŞ-ı təmsil edən nümayəndə heyətinin başçısı, Prezidentin iqlim məsələləri üzrə baş müşaviri Con Podesta özü də pessimistdir. O, "baş verənlərin fonunda" vəziyyətin "katastrofik" olduğunu deyib. "Baş verənlər" deyəndə Donald Trampın yenidən prezident seçilməsini nəzərdə tutub.

Məlumdur ki, prezident Tramp iqlim maliyyələşməsinə isti baxmır. Hətta o, 2017-ci ildə ABŞ-ı Paris sazişindən çıxaracağını anons etmişdi. İkinci prezidentliyi dövründə də bunu edəcəyi gözlənilir. Çünki o, "Hər şeydən öncə Amerika" şüarı ilə hakimiyyətə gəlib.

Ancaq Prezident Baydenin iqlim məsələləri üzrə milli müşaviri Əli Zahidi deyir ki, bütün bunlara baxmayaraq, iqlim dəyişiklikləri üzrə beynəlxalq əməkdaşlıq Trampın birinci prezidentliyi dövründən əsasən salamat çıxmışdı: "Dünya Bankı, başqa maliyyə təşkilatları iqlim dəyişikliyi ilə mübarizə aparan ölkələrə yardımı artırdı. ABŞ-da külək və günəş enerjisi istehsalı genişləndi, elektrik stansiyalarının atmosferə atdığı tullantıların həcmi azaldı. Hətta 2020-ci ildə atmosferi zəhərləyən maddələrdən imtina edilməsi haqqında qanun da qəbul olunmuşdu.

Zahidi demək istəyir ki, hər şey Trampdan asılı deyil; o, istəməsə belə, ABŞ iqlim maliyyələşməsində iştirak edə bilər. Konqresdəki qüvvələr nisbəti bunu deməyə əsas verir.

Orxan, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:234
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 15 Noyabr 2024 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see337

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see299

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see293

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see290

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see282

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see275

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see272

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see261

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see251

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see240

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see239

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see234

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see230

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see219

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see214

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see214

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see205

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see204

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see192

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri