Icma.az
close
up
RU
THE reytinq təşkilatı BDU rektorunun beynəlxalq əməkdaşlıq barədə müsahibəsini dərc edib

THE reytinq təşkilatı BDU rektorunun beynəlxalq əməkdaşlıq barədə müsahibəsini dərc edib

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 8 oktyabr, AZƏRTAC

Dünyanın nüfuzlu “Times Higher Education” (THE) reytinq təşkilatı Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin universitetin beynəlxalq əməkdaşlıqları və qlobal mövqeyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi uğurlu təşəbbüsləri barədə müsahibəsini dərc edib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, müsahibə “Beynəlxalq tərəfdaşlıqlar Bakı Dövlət Universitetinin qlobal izini möhkəmləndirir” (“Global partnerships cement Baku State University’s international footprint”) adlı məqalə şəklində dərc olunub. Məqalədə BDU-nun beynəlxalq əlaqələrinin genişlənməsi, elmi potensialının güclənməsi və strateji tərəfdaşlıqlarının universitetin qlobal rəqabət qabiliyyətini artırdığı vurğulanır.

Məqalədə BDU-nun rektoru universitetin missiyasının əsasını beynəlmiləlləşmənin təşkil etdiyini qeyd edərək bildirib ki, “BDU-nun inteqrə olunmuş təhsil yanaşması onun akademik proqramlarının ən yüksək beynəlxalq standartlara cavab verməsini və qlobal rəqabət qabiliyyətini qorumasını təmin edir”. Bu əməkdaşlıq tələbə və müəllim mübadiləsini, birgə elmi tədqiqatları və beynəlxalq standartlara uyğun tədris proqramlarını əhatə edir. Həmçinin qeyd olunub ki, BDU beynəlxalq tələbə və tədqiqatçılar üçün mühüm elmi mərkəzə çevrilib. Hazırda universitetdə bir çox ölkədən tələbələr təhsil alır, bu da BDU-nun çoxmədəniyyətli mühitini daha da zənginləşdirir. BDU rektoru bildirib ki, universitet BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (və qlobal reytinq göstəricilərinə uyğun fəaliyyətini məlumatlara əsaslanan analitik sistemlər vasitəsilə izləyir və təkmilləşdirir: “Universitetin fəaliyyətinin təkmilləşdirilməsi məlumatlara əsaslanır, şəffafdır və ən yaxşı qlobal təcrübələrlə uzlaşır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Oktyabr 2025 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see355

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see338

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see327

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see291

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see279

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see275

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see263

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see248

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see239

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see237

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see236

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see229

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see223

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see220

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see214

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see204

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see202

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see196

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see196

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri