Icma.az
close
up
RU
The Telegraph Rusiya üçün sülh planının ən pis senarisini açıqladı: Putin taxtdan salınacaq

The Telegraph Rusiya üçün sülh planının ən pis senarisini açıqladı: Putin taxtdan salınacaq

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Uzun illərdən bəri ilk dəfə ehtiyatlı nikbinlik üçün real əsaslar yaranıb və 2026-cı il Ukraynaya ədalətli və davamlı sülh gətirə bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Telegraph” nəşrinin icmalçısı Hemiş de Bretton-Qordon  yazıb.

Analitik qeyd edir ki, Donald Trampın Ukrayna üzrə sülh sazişinin 95 faiz hazır olması barədə bəyanatları Moskvada aşkar təşviş yaradıb. Bu təşviş özünü Kremlin vərdiş etdiyi üslubda göstərib: kobud dezinformasiya və inandırıcı olmayan narrativlər. Putinin çoxsaylı saraylarından birinin bu həftə 91 dronla hücuma məruz qalması barədəki iddia bunun bariz nümunəsidir.

"MKİ (CIA) ABŞ prezidentinə məlumat verib ki, bu, demək olar ki, mütləq "yalançı bayraq” (false flag) əməliyyatıdır. Bu, Kremlin nəzarətindən sürətlə çıxan sülh prosesini pozmaq üçün kobud və birmənalı cəhddir. Putin üçün daha acınacaqlı olanı odur ki, onun öz əhalisi hadisələrin bu versiyasına şübhə etməyə başlayıb. Təbliğat ölkə daxilində çökəndə, rejimlər də tezliklə onu izləyir", – deyə Bretton-Qordon qeyd edir.

Müəllifə görə, Putin anlayır ki, onun əlində qalan yeganə rıçaq Tramp və Zelenski arasına nifaq salmaqdır. Lakin bu gün Tramp Kremlin manipulyasiyalarına bir neçə həftə əvvəlkindən daha az meyillidir. Bu da Ağ Evi Ukrayna üçün ideal olmasa da, Moskva üçün daha pis olan sülhə doğru aparır.

İcmalçı vurğulayır ki, ABŞ və NATO-nun 15 il üçün nəzərdə tutulan təhlükəsizlik zəmanətləri faktiki olaraq NATO müdafiəsi deməkdir. Kreml üçün daha narahatedici məqam isə Trampın Ukrayna ərazisində Qərb qoşunlarının olması ehtimalını açıq müzakirə etməsidir:


Rusiya üçün iqtisadi nəticələr

Cəbhə xəttinin dondurulduğu şəraitdə, Donbasdakı nadir tapılan minerallara çıxış barədə Kiyevlə Putin deyil, məhz Tramp danışıqlar aparacaq. Buna təzminatların ödənilməsi ehtimalını və Rusiyanın dondurulmuş 200 milyard dollarlıq aktivlərinin müsadirəsini də əlavə etsək, artıq "sərbəst düşüşdə" olan Rusiya iqtisadiyyatı getdikcə daha dayanıqsız görünür.

Analitik daha iki təzyiq faktorunu qeyd edir:

1. Hərbi gücsüzlük: Rusiya artıq anlayır ki, onun ordusu ABŞ iştirak etməsə belə, NATO-ya qarşı dura bilməz.

2. Neft qiymətləri: Neftin qiymətinin barrel başına 60 dollardan aşağı düşməsi ilə Rusiyanın hərbi maşınını qidalandıran maliyyə yanacağı sürətlə buxarlanır. Gəlir olmayanda silahlar susur.

"MKİ faktiki olaraq prezidenti Kremlin aldatmalarını görmək qabiliyyəti ilə təmin edib. İndi Tramp Putinin boğazından bərk yapışıb", – deyə Bretton-Qordon vurğulayır.

Nüvə eskalasiyası qorxusu qalsa da, Kremlin adi nüvə təhdidləri son həftələrdə demək olar ki, yoxa çıxıb. Moskva anlayır ki, "nüvə silahı şaqqıltısı" artıq Avropa liderlərini qorxutmur.

Müharibənin başa çatması şansları

"Politico” nəşrinin yazdığına görə, Qərbin iqtisadi sanksiyalarına baxmayaraq, Putin hələ də öz maksimalist tələblərinə sadiq görünür. Nəşr hesab edir ki, Trampın səyləri ilə müharibənin bitmə şansı 4:1 nisbətindədir.

Eyni zamanda, "Washington Post” (WP) yazır ki, Donald Tramp müharibəni dayandırmağa çalışsa da, Ukrayna və Rusiya arasındakı fundamental ixtilafları hələ tam anlamır.

Alpər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 03 Yanvar 2026 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see756

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see583

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see333

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see324

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see294

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see292

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see286

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see274

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see272

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see271

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see257

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see242

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see240

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see232

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see216

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see214

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see203

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see195

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri